Yanvar ayında, Maxwell Technologies, elektrikli batareyaların yaradılması sahəsində sıçrayış haqda xəbər verib.
Tesla şirkəti $218 milyon dəyərində ultra kondensator batareyalar istehsal edən Maxwell Technologies şirkətini almaq niyyətindədir, bu haqda Reuters xəbər verir.
Razılaşma haqqında yayılan məlumatlar, fond bazarında Maxwell Technologies kotirovkaların bir səhmə görə $4.58 qədər artmasına gətirib çıxarıb.
Xatırladaq ki, yanvar ayında Maxwell Technologies, elektrikli batareyaların yaradılmasında sıçrayış edib. İstehsalçı iddia edir ki, yeni batareyalar daha geniş temperatur diapazonunda və iki dəfə çox işləməyə qadirdir.