Əsas səhifə Biznes sahələri Texnologiya Tesla şirkəti yeni nəsil Supercharger şarj stansiyasını təqdim etdi (VİDEO)

Tesla şirkəti yeni nəsil Supercharger şarj stansiyasını təqdim etdi (VİDEO)

386
Paylaş

Tesla şirkəti Kaliforniyadakı baş ofisində keçirtdiyi xüsusi tədbir çərçivəsində 3-cü nəsil Supercharger şarj stansiyasını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim olunmuş yeni şarj stansiyası bəzi Model 3 elektromobil modellərini 250 kilovatt sürətlə şarj etməyə qadirdir. Şirkətin verdiyi məlumata əsasən bu üsulla 5 dəqiqə ərzində şarj edilmiş Model 3 elektromobil modeli 120 km yol qətt etməyə qadirdir.

Təəssüflər olsun ki, bu cür şarj prosesi gücü Model S ilə Model X elektromobil modellərinə aid edilməyəcək. Çünki sözügedən elektromobillər tamamilə fərqli konstruksiyalı batareyalara sahibdirlər. Şirkət yeni şarj stansiyalarında ilk öncə 120 kilovatt-a kimi limit qoyacaq. Lakin elektromobillərdəki proqram təminatı yenilənməsindən sonra bu limit göstəricisi yüksələcək. Limit göstəricisinin nə qədər yüksələcəyi barəsində heç bir məlumat yoxdur.

    Supercharger V3 şarj stansiyasından əlavə olaraq şirkət həmçinin On-Route Battery Warmup texnologiyasını da təqdim edib. Bu texnologiya xüsusi alqoritmlər vasitəsilə şarj prosesinin müddətini 25% aşağı salmaq üçün nəzərdə tutulub. Təqdim olunmuş yeni şarj stansiyası artıq Kaliforniyanın Frimont şəhərində quraşdırılıb. Lakin ondan hələki yalnız bəzi istifadəçilər istifadə edə bilərlər. ABŞ-dan kənarda Supercharger V3 şarj stansiyası bu ilin dördüncü rübündə işıq üzü görəcək. Onu da qeyd etmək lazımdır ki, şirkət hal hazırda Model Y adlı krossover elektromobil modelinin təqdimatına hazırlaşır. Yeni elektromobil 14 mart tarixində təqdim olunacaq.