Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Tesla” şirkəti rekord vurdu

“Tesla” şirkəti rekord vurdu

356
Paylaş
Tesla
Tesla

2019-cu ilin ikinci rübündə (cari ilin aprel-iyun) “Tesla” alıcılara 95 200 elektrik mühərrikli avtomobil göndərib. Onlardan 17 650 Model S avtomobili və Model X, həmçinin 77 550 Model 3 elektrik mühərrikli avtomobil olub.

Bu elektrik mühərrikli avtomobillərin istehsalı və alıcılara çatdırılması üzrə rekord hesab olunur.

Bu göstərici 2019-cu ilin birinci rübü ilə müqayisədə 50% daha çox artım deməkdir. Şirkətin ötən dəfəki rekordu 2019-ci ilin 4-cü rübündə qeydə alınıb. O vaxt sifarişçilərə 90,7 min avtomobil göndərilib.

Hesabata görə, şirkət 87 048 elektrik mühərrikli avtomobil istehsal edib. Model S və Model X, həmçinin 72 531 Model 3. Bu da istehsalda rekord hesab olunur.

Bildirək ki, daha əvvəl “Tesla” ikinci əl Model 3 avtomobilinin satışını elan etmişdi.