Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Tesla” Şanxaydakı zavodu üçün maliyyələşmə əldə edib

“Tesla” Şanxaydakı zavodu üçün maliyyələşmə əldə edib

69
Paylaş

Amerikanın “Tesla İnc.” şirkəti Çin banklarından Şanxaydakı zavodu üçün təxminən 1,4 mlrd. dollar cəlb edib.

Bu barədə “Bloomberg” mənbələrə istinadən xəbər verir.

Şirkət, maliyyələşməni Çində yığılan Tesla Model 3 elektrik avtomobillərinin tədarükünə hazırlıq fonunda əldə edib.

Qeyd edək ki, Çində yığılan həmin elektrik avtomobillərinin ilkin qiyməti təxminən 50 min dollardır. Bu, idxal olunan maşınların qiymətindən aşağıdır.

Gələn il üçün şirkət Çində yığılan Tesla Model 3-ün qiymətini 20% azaltmaq imkanlarını nəzərdən keçirir. Məqsəd alıcı sayını artırmaqdır.