“Tesla” ötən rüb satdığı avtomobillərin sayını açıqlayıb

Date:

Paylaş:

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” bu ilin III rübündə 97 000 nəqliyyat vasitəsi istehsal edib və satıb. Bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Yazıda qeyd olunub ki, rüblük satış proqnozu doğrultmayıb. Belə ki, “Tesla” ötən rüb 79 600 ədəd “Model 3”, 17 400 ədəd isə “Model S” və “Model X“ tədarük edib. Ümumi göstərici üzrə proqnoz isə 99 000 avtomobil olub.

Xatırladaq ki, “Tesla” baş direktoru (CEO) Elon Musk bu ilin əvvəlində 2019-cu il üçün istehsal və satış proqnozlarının 360-400 min avtomobil olduğunu demişdi. Əgər “Tesla” IV rübdə 105 min avtomobil tədarük etsə məqsədinə çatacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...