Küçədə Tesla avtomobili ilə qarşılaşmaq artıq heç kəs üçün təəccüblü deyil. O, cəlbedicidir və daim diqqət mərkəzində olur. Bu elektrikli avtomobil haqqında bilmədiyiniz qeyri-adi faktlara nəzər salaq.
- 7 yaşdan 30 yaşa qədər pul yığmaq
Yeni Tesla avtomobillərin qiyməti 95 000 AZN-dən 400 000 AZN arasında dəyişir. Əgər orta əmək haqqının səviyyəsini nəzərə alsaq, belə çıxır ki ən ucuz modeli əldə etmək üçün təxminən 7 il, ən bahalı modeli əldə etmək üçün isə 30 il pul yığmaq lazımdır.
- Tesla avtomobillərində klassik açar olmur
Bu maşınlarda açar əvəzində breloka bənzər bir cihazdan istifadə olunur. Onu heç haraya salmaq lazım deyil, breloku sadəcə əlinizdə tutsanız kifayət edər – maşın özü sizə yaxınlaşacaqdır. Maşının idarə olunmasına dair bir sıra funksiyalardan mobil telefon vasitəsilə yararlanmaq mümkündür.
- Maşın bir dəfə elektrik yığmaqla 600 km yol gedə bilər
Maşının gedə biləcəyi məsafə, modeldən asılı olaraq dəyişə bilər. Məsələn, Model S avtomobili 613 km, S 60D modeli isə 340 km yol gedə bilər.
- Elektrikdoldurma məntəqələrin sayı azdır, ev şəraitində isə bu proses uzun çəkir
Elektrikdoldurma məntəqələrin az olması səbəbindən, istifadəçilərin çox hissəsi öz avtomobillərini evdə “zaryadkaya” qoyurlar. Bunun üçün adi 220 voltluq rozetka kifayət edir. Bu halda akkumulyatorun tam dolması üçün təqribən 21 saat tələb olunur.
Elektrikdoldurma prosesini tezləşdirmək üçün, xüsusi stansiyanı əldə edə bilərsiniz. Belə bir stansiyanın orta qiyməti 3 500 AZN-dən 5 000 AZN arasında dəyişir.
- Benzinə qənaət edə bilərsiniz
Əgər maşınınızı evdə “zaryadkaya” qoysanız, bir kVt/s görə təxminən 0,02 AZN ödəməli olacaqsınız. Yekun qiymət regiondan asılı olaraq dəyişə bilər.
- Kasko sığortasının baha başa gəlməsi
Avtomobilin təhlükəsizliyini təmin etmək istəyirsinizsə, kasko sığortasından istifadə edə bilərsiniz, lakin bu abunəlik sizə baha başa gələ bilər. Inguru servisinin verdiyi məlumata görə, Tesla Model S avtomobilin sahibkarı üçün bu sığorta 30 000 AZN-dən 35 000 AZN-ə qədər başa gələcək. Heç də hər sığorta şirkəti belə bir məsuliyyəti öz üzərinə götürməyə hazır deyil.
- İcarəyə götürmək olar
Bu avtomobildən müvəqqəti əsasda da istifadə edə bilərsiniz, məsələn, iş səfəri, fotosessiya və ya toy günü üçün. Servislərin birində belə bir xidmətin qiyməti 3 000 AZN (3 gün) və 10 000 AZN ( bir ay) təşkil edir. Sürücünün yaşı 30 yaşdan, sürücülük təcrübəsi isə 6 ildən yuxarı olmalıdır.
- Özü gedir
Tesla avtomobillərində “avtopilot” funksiyası da var. Başlanğıcda bu yenilik şose yolu və parkinq üçün nəzərdə tutulmuşdu: sistem özü kameralar və sensorlar vasitəsi ilə trayektoriyada düzəliş edə bilər.
Lakin, şirkət avtomobilin növbəti versiyalarında avtopilot rejiminə işıqforların və “stop” siqnalların tanınmasını, sistemin şəhər küçələrində işləmək qabiliyyətini də daxil etməyi planlaşdırdığını açıqladı.
- Tesla geyim satır
Tesla yalnız avtomobil satışı ilə deyil, geyim satışı ilə də məşğul olur. Shop.tesla.com saytında maykalar, köynəklər, papaqlar, maşınların kiçik ölçülü versiyaları və digər əşyaları tapa bilərsiniz. Məsələn, bir kişi maykasının qiyməti 35 dollar təşkil edir.
- Səhmlərini əldə etmək imkanı
Amerikanın fond birjası vasitəsilə şirkətin səhmlərini əldə edə bilərsiniz. 2019-cu il 5 mart tarixində bir səhmin qiyməti 258 dollar təşkil edib . Qiymətli kağızlar qeyri-sabitdirlər və şirkət haqqında çıxan xəbərlərə münasibətdə çox həssasdırlar. Məsələn, 2018-ci ilin sentyabr ayında səhmlərin qiyməti 6% aşağı düşmüşdür, bu Tesla ilə bağlı çıxmış xəbərlərlə əlaqəli olub. 2019-cu ilim 5 mart tarixində də buna oxşar bir hala rast gəlinib.
Beləliklə, bu aktivlər kifayət qədər risk tələb edir.