Əsas səhifə Biznes sahələri Texnologiya Tesla günəş plitələri hazırlayır

Tesla günəş plitələri hazırlayır

126
Paylaş

Elektrik enerjisi yaradan Tesla plitələrinin hazırlanması şirkətin təxirə saldığı layihələrindən biri olub. Lakin ötən gün Teslanın baş direktoru Mask bilidirib ki, şirkəti ilin sonuna kimi “günəş plitələri”ndən ibarət 1000-ə yaxın günəş damı istehsal edəcək. Bu barədə Electrek yazır.

Mask bilidirb ki, şirkət, məhsula uzunözmürlü olması üçün bəzi dəyişikliklər etməli oub.

“Biz günəş damının üçüncü versiyasını bitiririk. Əslində bu çox çətin texnoloji problemdir – plitələrdə yerləşdirilmiş yaxşı görünüşlü və 30 il davam gətirə biləcək günəş elementi əldə etmək” , deyə, Mask, 2019-cu il səhmdarlar toplantısında bildirib.

Şirkət əmindir ki, məhsul istehlakçılara geniş həcmdə təklif olunacaq və bunun sayəsində də ucuz başa gələcək.

Mask öz Twitter hesabında bildirib ki, ilin sonuna kimi həftədə təxminən 1000 günəş damı istehsal edəcəklərinə inanırlar.