13 il bundan qabaq yaranan elektrikli avtomobil istehsalçısı Teslanın bazar dəyəri Fordu geridə buraxdı.
Ötən il 76 min avtomobil satan Tesla 2017-ci ilin ilk rübündə 25 min avtomobil satıb. İlk rübdə bu qədər avtomobil satması Teslanın səhmlərini də artırıb. Təxminən 5 faiz artım göstərən səhmləri ilə Teslanın bazar dəyəri hazırda 48.6 milyard dollara qədər yüksəlib. Fordun bazar dəyəri isə 45.4 milyard dollardır.
Ən maraqlısı isə Fordun ötən il 6.7 milyon avtomobil satmasına baxmayaraq bazar dəyəri mövzusunda Tesladan geridə qalmasıdır.
Bu müvəffəqiyyətin Tesla üçün yalnız başlanğıc olduğunu da ifadə edək. Amerikanın ən böyük avtomobil istehsalçısı mövqeyində olan və bazar dəyəri təxminən 51.2 milyard dollar səviyyələrində olan General Motors Teslanın əsl hədəfidir.