Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Tesla” Cybertruck elektrik pikapını təqdim edib – Qiyməti $39 900

“Tesla” Cybertruck elektrik pikapını təqdim edib – Qiyməti $39 900

109
Paylaş

İstehsal 2021-ci ildə başlayacaq.

“Tesla”nın  baş direktoru Elon Musk şirkətin YouTube-kanalı vasitəsilə futuristik dizaynlı Cybertruck elektrik pikapının təqdimatını nümayiş etdirib. Bu məhsul şirkətin yarandığı ildən bəri altıncı avtomobilidir.

“Tesla” bu avtomobilinin, qiyməti 39 900 dollardan başlamaqla üç versiyasını təqdim edəcək.Yük daşıma qabiliyyəti 1,6 ton təşkil edir.

Qeyd edək ki, “Tesla” istəyənlərə 100 dollardan öncədən sifariş təklif edir.

Cybertruck sərnişinlər üçün tam təhlükəsizliyi təmin edir – korpusu paslanmayan möhkəm poladdandır. Musk-un sözlərinə görə maşın güllə keçirmir.

Şüşələri zirehlidir və ağır zərbələrə davamlıdır.