Əsas səhifə Xəbərlər Xarici xəbərlər Tesla Çində buraxılan «Model 3»lərin qiymətini endirdi

Tesla Çində buraxılan «Model 3»lərin qiymətini endirdi

59
Paylaş

Elektrik avtomobillərinin istehsalçısı olan məşhur «Tesla» şirkəti Çinin Şanxay şəhərində istehsala başlaması ilə əlaqədar olaraq müştəriləri cəlb etmək üçün qiymətləri 9% azaldıb.

Bizplus.az xəbər verir ki, nəticədə Çində buraxılan «Tesla»nın ən məşhur modeli – «Model3»ün qiyməti 355,8 min yuandan 323,8 min yuana və ya 51,1 min dollardan 46,5 min dollara enib.

Teslanın veb saytında verilən məlumata görə, Çin hökumətinin təşviqləri nəzərə alındıqda qiymətlər 299 050 yuandan başlayır. Təşviq və qiymət endirimi “Tesla”nı, 240 000 yuan qiymətindəki Çinin elektromobil istehsalçısı Xpeng Motor-un ən son modeli sedan P7  ilə yaxın bir qiymət səviyyəsinə gətirib. “NIO Inc” şirkətinin elektrikli SUV modelləri isə 358 000 yuandan başlayır.