“Tesla” öz tarixində yeni bir səhifəyə imza atıb: bugün şirkət ilk dəfə olaraq Çində istehsal olunan avtomobilini nümayiş etdirəcək.
“Bugün Tesla ilk Çin istehsalı olan Model 3-ü müştərilərə təqdim edəcək. Model Şanxaydakı Gigafactory zavodundan buraxılıb. Tesla-nın 15 əməkdaşı bu avtomobillərin ilk alıcıları olacaqlar”, şirkətin Twitter-dəki məlumatında bildirilir.
Qeyd edək ki, bu hadisənin şərəfinə şirkət hətta“təntənəli çatdırılma mərasimi” də təşkil edib.
Gigafactory Tesla-nın ABŞ hüdudlarından kənarda olan ilk zavodudur və ona görə də belə gözlənilir ki, bu buraxılış Çində satışları əhəmiyyətli dərəcədə artıracaq.