Əsas səhifə Xəbərlər Xarici xəbərlər Tesla Çin istehsalı olan ilk “Model 3”ü təqdim edib

Tesla Çin istehsalı olan ilk “Model 3”ü təqdim edib

94
Paylaş

“Tesla” öz tarixində yeni bir səhifəyə imza atıb: bugün şirkət ilk dəfə olaraq Çində istehsal olunan avtomobilini nümayiş etdirəcək.

“Bugün Tesla ilk Çin istehsalı olan Model 3-ü müştərilərə təqdim edəcək. Model Şanxaydakı Gigafactory zavodundan buraxılıb. Tesla-nın 15 əməkdaşı bu avtomobillərin ilk alıcıları olacaqlar”, şirkətin Twitter-dəki məlumatında bildirilir.

Qeyd edək ki, bu hadisənin şərəfinə şirkət hətta“təntənəli çatdırılma mərasimi” də təşkil edib.

Gigafactory Tesla-nın ABŞ hüdudlarından kənarda olan ilk zavodudur və ona görə də belə gözlənilir ki, bu buraxılış Çində satışları əhəmiyyətli dərəcədə artıracaq.