“Tesla” avtopilot sistemli taksilərin yaradılması üçün süni zəka startapını aldı

Date:

Paylaş:

 Tesla şirkəti avtonom idarəetmə sahəsindəki tədqiqatlarını davam edir. Bu yolda şirkət DeepScale adlı startapı alıb. Bu startap nəqliyyat növləri üçün computer vision sistemlərinin hazırlanması sahəsində fəaliyyət göstərir. Gözləntilərə əsasən bu startap Tesla şirkətinin avtopilot sistemli elektromobillərini yeni səviyyəyə qaldıracaq. Bu barədə Techcrunch saytı xəbər verib. DeepScale startapının təsisçilərindən biri olan Forrest Iandola öz Twitter hesabında qeyd edib ki, o, Tesla Autopilot komandasına qoşulur.

    DeepScale isə öz növbəsində baha olmayan sensor və prosessorlara sahib neyroşəbəkədən effektiv istifadə üsulunu hazırlayıb. Qeyd etmək lazımdır ki, hal hazırda şirkətin istehsal etdiyi avtomobillər SAE (Society of Automotive Engineers) assosiasiyasının avtopilot klassifikasiyasının ikinci səviyyəsinə aid edilir. 4-cü səviyyə isə avtomobildən sükan və pedallar olmadan pilotsuz lokal taksi kimi istifadə etməyi əks etdirir.

    Hələ bu ilin əvvəlində Elon Musk bildirmişdi ki, o, 2020-ci ilə kimi irimiqyaslı pilotsuz taksi şəbəkəsini yaradacaq. Onun sözlərinə əsasən hal hazırda olan Tesla elektromobilləri tam avtonom şəkildə idarəetmə üçün bütün imkanlara sahibdirlər. Bununla yanaşı şirkət öz elektromobil modellərinə faydalı funksiyaları əlavə etməyə davam edir. Buna misal olaraq Smart Summon texnologiyasını gətirmək olar. Onun vasitəsilə istifadəçi öz Tesla modelini dayanacaq yerindən avtopilot sayəsində özünə çağıra bilər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...