Tesla Apple’dan daha bahalı şirkət olacaq

Date:

Paylaş:

“Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib.

Belə ki, onun sözlərinə görə günlərin birində “Tesla” şirkəti, “Apple”dan daha bahalı şirkət olacaq. Sonuncu şirkət görüşməsində çıxış etmiş Musk, “Tesla”nın (hal-hazırki dəyəri 51 milyard dollar) “Apple”dan (hal-hazırki dəyəri 776 milyard dollar) daha baha olmasının necə reallaşması yolunu bildiyini Wall-Street analitiklərinə bildirib. Onun sözlərinə əsasən şirkət hal-hazırda Model 3 avtomobil versiyasının satışa çıxarılmasının astanasındadır. Bu avtomobil, 13 il bundan öncə avtomobil sahəsinə investisiya yatırmış Musk-ın gözləntilərini təmin etmək üçün nəzərdə tutulub. O vaxtlarda isə Musk-ın əsas məqsədi elektromobillərin, kütləvi bazara çıxarılması idi. Bununla belə Model 3-ün hazırlanması, “Tesla” şirkətinin bu ilin əvvəlində bir qədər vəsait itirməsinə gətirib çıxartdı.

Musk etiraf etdi ki, yeni avtomobil üçün seçilmiş ad, bir çoxlarında çaşqınlıq yaratdı. İlk öncə o, yeni avtomobili Model E adlandırmaq istəyirdi. Lakin artıq Model E adlı avtomobilə sahib “Ford” şirkətinin şikayətlərindən sonra ad dəyişərək Model 3 oldu. Beləliklə bu ad ilə avtomobil bir növ “Tesla”nın 3-cü platformasını təqdim edəcək. Lakin buna baxmayaraq Musk sözügedən addan heç də razı deyil. Belə ki, bir çox insanların fikrincə bu sadəcə olaraq Model S seriyasının 3-cü versiyası olacaq. Bu isə Model 3-ün satışlarına təsir göstərə bilər. Qeyd etmək lazımdır ki, Model 3-ün start qiyməti 35.000$ təşkil edəcək. “Tesla”nın sözlərinə əsasən isə Model 3-də olacaq özəlliklər, daha bahalı avtomobillərə xas olan özəlliklərdən olacaq. Nəyə görə günlərin birində “Tesla”nın “Apple”dan baha olacağını başa salan Musk qeyd edib ki, onun şirkəti hal-hazırda istehsalat prosesinin avtomatlaşdırılması üzərində çalışır. Bu özəllik isə “Tesla”nı digər avtomobil istehsalçıları arasında lider şirkət edə bilər.

©technote

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...