“Tesla” ABŞ avtomobil istehsalçıları arasında kapitalizasiya bazarında “Ford”-a 2-ci ötürüb

Date:

Paylaş:

“Ford” şirkəti  “General Motors”dan sonra, 2019-cu ilin birinci rübündə üzrə “Tesla”-nın zəif hesabatı fonunda ikinci yeri geri götürüb.

Cümə günü, 26 apreldə, Nyu-Yorkun fond birjasında(NYSE) və Nasdaq birjasında baş tutan ticarət həftəsinin nəticələrinə görə, “Ford Motor Company” bazar kapitalizasiyasının həcmi 41,6 milyard dollar olub.

2019-cu ilin birinci rübünün hesablamalarına görə, “Ford”-un səhmlərində cümə günü 10,9% artım müşahidə olunub. Şirkət üçün bu, 2009-cu ilin 24 aprelindən bəri son 10 il ərzində olan ən yüksək birgünlük kotirovka artımıdır. 2019-cu ilin birinci rübü üçün  “Ford”un xalis mənfəəti 1,1 milyard dollar olub, onun səhm üzrə düzəliş edilən mənfəəti gözlənilən 0,27 dollardan fərli olaraq, 0,44 dollar təşkil edib. Bu fonda “Ford”-un kotirovkaları 2018-ci ilin iyulundan bəri əhəmiyyətli dərəcədə artıb.

“Tesla Inc.”amerikan avtomobil istehsalçıları arasında özünün bazar dəyərinə görə 3-cü yerinə geri dönə bilib və həftəlik nəticələr 40,5 milyard dollar göstərir. Şirkət 2017-ci ilin 31 martından bəri son iki il ərzində “Ford”-dan əvvəl, bazar kapitalizasiyasına görə 2-ci yeri qoruyub saxlaya bilib. Keçən il “Ford” yalnız bir gün ( 2018-ci il, 2 aprel ) “Tesla”-nı önləməyə müvəffəq olub.

Liderlik mövqeyinin dəyişməsinin əsas səbəbi  “Ford”-un müsbət göstəricilərinin olmasında deyil,”Tesla”-nın zərərə düşməsində olub.

“Вести.Экономика”-nın 25 aprel,cümə axşamı günü verdiyi açıqlamaya görə, “Tesla” birinci rübə görə olan zərərlər barədə xəbər verib və bildirib ki, bu, gözləniləndən daha çox olub.

Bir sıra ekspert “Tesla”-nın hesabatını “uğursuzluq” alandırıb. İnvestorların mənfi reaksiyası fonunda  “Tesla”-nın səhmləri 2017-ci ildən bəri ən minimal həddə düşüb.

“Tesla”-nın hesabatına bazarın mənfi reaksiyasının  səbəblərindən biri, şirkətin zərərlərə və zəif pul axınına geri dönməsidir. “Tesla”nın, tarixi boyunca ilk dəfə 2018-ci ilin üçüncü və dördüncü rüblərində xalis mənfəətini elan etməsindən sonra şirkətin icraçı baş direktoru Elon Musk dəfələrlə  proqnoz verib ki, “Tesla” qarşıda stabil şəkildə gəlirli olacaq.

Lakin 2019-cu ilin birinci rübündə şirkət  702 milyon dollar-lıq xalis zərər barədə məlumat verib və bu da “Tesla”-nın, şirkət yaranandan bəri həcminə görə üçüncü düşdüyü ziyan olub ( müavfiq olaraq, 718 milyon dollar və 2018- ilin birinci və ikinci rübü üzrə 710 milyon dollar ).

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...