Ukraynanın Terrasoft şirkəti rəsmi platformanın və məhsulların adını yeniləyib – artıq onlar bpm’online əvəzinə Creatio adlanacaqlar. Bu barədə AIN.UA-ya şirkət nümayəndələri xəbər veriblər.
Məhsulların funksionallığı və şirkətin strategiyası dəyişməyəcək.
Qeyd edək ki, şirkətin press-relizində deyilir ki, proqram məhsullarına yeni adın verilməsi onu göstərir ki, gələcəkdə hər biri ideyaları sürətlə avtomatlaşdıra və xüsusi həll yolu tapa bilən proqramçıya çevrilə bilər. Bundan başqa bildirilir ki, Creatio texnologiyaları dünya üzrə minlərlə iri və orta şirkətlərə satış, marketinq, xidmət və təşkilatların əməliyyat proseslərini sürətləndirməyə və optimallaşdırmağa kömək edəcək.