Telman İsmayılovun məşhur hoteli icarəyə verildi – alıcı tapılmadı

Date:

Paylaş:

Azərbaycanlı iş adamı, AST şirkətinin qurucusu kimi tanınan Telman İsmayılovun Türkiyənin Antalya şəhərindəki dünyaca məşhur “Mardan Palas” hoteli icarəyə verilib.

Külli miqdarda borc səbəbilə “Halk Bankası”na verilən hotel bir neçə dəfə satışa çıxarılıb, lakin ona alıcı tapılmayıb.

Bu səbəbdən “Mardan Palas” “Titanik Hotels” qrupuna icarəyə verilib. Qrupun idarə heyətinin sədri Məhəmməd Aygün verdiyi açıqlamada uzun müddətdir davam edən bazarlığın tamamlandığını və hotelin növbəti mövsümdən etibarən fəaliyyətə başlayacağını deyib.

Qeyd edək ki, Telman İsmayılov tərəfindən 1,4 milyard dollara inşa edilən “Mardan Palas” hoteli 2009-cu ildə müştərilərin xidmətinə verilmişdi. Hotelin açılışına Şeron Ston, Riçard Ger, Paris Hilton və Monika Belluci kimi Hollivud ulduzları qatılmışdı.

Publika.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...