Telman İsmayılovun idman kompleksinə alıcı tapılmır

Date:

Paylaş:

Azərbaycanlı biznesmen Telman İsmayılova məxsus “Mardan Palace” hotelinin idman kompleksinə alıcı tapılmayıb.

Bizplus.Az-ın yerli KİV-ə istinadən məlumatına görə, Antalyada yerləşən hotelin 101 min 407 kvadratmetrlik sahəsi satışa çıxarılsa da, bu, heç kimin marağında olmayıb.

2009-cu ildə Kundu bölgəsində 1,4 milyard dollara inşa edilən və 2010-cu ildə dünyanın ən lüks oteli seçilən “Mardan Palace” Telman İsmayılovun İctimai Təhlükəsizlik Təşkilatına olan borcu üzündən əlindən alınmışdı. Komplekslə yanaşı, hotelə məxsus bir neçə yer ümumilikdə 101 milyon lirəyə satışa çıxarılıb. İdman kompleksində 4 tribunalı stadion, tək tribunalı bir futbol meydanı və 2 məşq meydanı yerləşir.

Antalya Şəhər Bələdiyyəsi bu gün səhər saatlarında iki dəfə tender elan edib. Hotelin vəkillərinin də izlədiyi tenderdə 7 milyon 575 min lirə təminat pulu tələbi qoyulub. Lakin heç bir şirkət tenderə qatılmayıb. Bələdiyyə noyabrın 14-də növbəti dəfə tenderin keçiriləcəyini bildirib.

Qeyd edək ki, “AST 1989 Group”a məxsus olan “Mardan Palace” otelinin ümumi sahəsi 180 min kvadrat metrdir. Hotelin inşası zamanı 10 min kvadratmetrlik qızıl və 500 min kristaldan istifadə olunub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...