Əsas səhifə Xəbərlər Telekommunikasiya borcları belə alınacaq – YENİ QAYDA

Telekommunikasiya borcları belə alınacaq – YENİ QAYDA

203
Paylaş

Lisenziyalaşdırılan telekommunikasiya xidmətinin göstərilməsinə görə borcun alınması qaydası müəyyənləşib.

“Bizplus.az” – ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Qərara əsasən, lisenziyalaşdırılan telekommunikasiya xidmətinə görə müvafiq təşkilatın borcu müəyyən edən sənədləri, icra qeydi almaq üçün borclunun ödəməli olduğu məbləğə dair hesabın surəti təqdim edilməlidir.

Tələbkar müəyyən edilmiş sənədlərlə icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir.