“Telegram” messencerin operatorları Gram kriptovalyutasını buraxmağı planlaşdırırlar.
Bu haqda New York Times xəbər verir. Bu, yaxın iki ay ərzində baş verə bilər.
Verilən məlumata görə, “Telegram” təxminən 1,7 milyard dollar investisiya cəlb edə bilmişdir. Operatorlar yaxın aylarda öz kriptovalyutasını buraxmağı planlaşdırır. Qeyd edilir ki, yeni kriptovalyuta bitkoin kimi fəaliyyət göstərəcək. Gram mərkəzləşdirilmiş şəbəkəsi vasitəsi ilə idarə ediləcəkdir.
Qeyd etmək lazımdır ki, daha əvvəl “Facebook” şirkəti də öz kriptovalyutasını buraxmaq istəmişdir. Bununla yanaşı nəşr “Telegram” ın planlarını reklam etmədiyini və gizli hərəkət etməyi üstün tutduğunu qeyd edir.