iOS üçün Telegram-ın beta-versiyasında geolokasiya əsasında işləyən çat funksiyası işə salınıb. Belə geoçatda, bir-birindən 100 m.-dən 6 km.-ə qədər məsafədə yerləşən şəxslər yazışa bilərlər. Yaxın vaxtlarda yeni funksiya messencerin əsas versiysına daxil olacaq.
İstənilən istifadəçi istənilən tematikada öz geoçatını yarada bilər. Belə çatı aid olduğu yerə yaxında yerləşən Telegram-hesabının sahibi tapa bilər. Istifadəçi geoərazidə mövcud olan kimi çatda “yoxlanma” gedir.
Çatın mesaj tarixçəsi bütün istifadəçilərə məlum olacaq və iştirakçı sayı da məhdud deyil.