Smartfonların zəif satışına görə “LG Electronics”-in mənfəət və gəlirləri azalıb.Telefon biznesi artıq dörd ildir ki, ard-arda Cənubi Koreya şirkətinə ziyan vurmaqda davam edir.
2019-cu ilin birinci rübündə “LG”-nin satışları 14,92 trilyon von (13,27 milyard dollar) olub ki,bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,3% azdır. Xalis mənfəət bu dövrdə 20,8% enərək 578 milyard von (514,3 milyon dollar) olub, əməliyyat mənfəəti isə 18,7% enərək 900,6 milyard von (801,3 milyon dollar) təşkil edib.
Smartfon istehsal edən “LG Mobile Communications” artıq 16 rübdür ki, ziyan içindədir.2019-cu ilin yanvar-mart aylarında bu biznesdən gələn əməliyyat ziyanı 203,5 milyard von (181,1 milyon dollar) olub, həmin vaxt keçən ildə olduğu kmi pul itkisi 131,8 milyard von olub. Gəlir 29,2% azalıb və illik 1,51 trilyon von (1,34 milyard dollar) hesablanıb.
Bununla belə “LG” smartfonlar bazarını tərk etməyi düşünmür, 2018-ci ilə görə payı keyfiyyətli qoyuluşlar baxımından yalnız 3% təşkil edib ( Counterpoint Research məlumatı).