Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Tekfen Holding” iki şirkətini birləşdirib

“Tekfen Holding” iki şirkətini birləşdirib

84
Paylaş

Daşınmaz əmlak layihələndirmə sektorunda yaşanan durğunluq, azalan tələbat və gəlirlilik səbəbindən “Tekfen Emlak Geliştirme” şirkətinin “Tekfen İnşaat” şirkətinə birləşdirilməsinə qərar verilib.

“Tekfen Holding”dən verilən açıqlamada, daşınmaz əmlak layihələndirilməsi sahəsində bir neçə ildir yaşanan durğunluq, azalan tələbat və bunlara bağlı olaraq gəlirlilikdə meydana gələn azalma səbəbindən, “Emlak Geliştirme Yatırım ve Ticaret A.Ş”nin “Tekfen İnşaat”a birləşdirilməsinə qərar verildiyi, bundan sonrakı dövrlərdə daşınmaz əmlak layihələndirilməsi fəaliyyətlərinin “Tekfen İnşaat” tərəfindən həyata keçiriləcəyi qeyd edilib.

Qeyd edək ki, “Tekfen Holding” Azərbaycanda da bir sıra layihələrin icra edir.