Əsas səhifə Biznes sahələri Texnologiya TeamViewer 5,3 milyard avro dəyərləndirmə ilə birjaya çıxıb

TeamViewer 5,3 milyard avro dəyərləndirmə ilə birjaya çıxıb

71
Paylaş

E&Y analitikləri şirkətin bu IPO-sunu 2019-cu ilə görə Avropada ən böyük adlandırıblar.

Videokonfranslar və kompyuterlə uzaqdan idarə olunma üçün xidmət proqramçısı TeamViewer bu gün Frankfurt fond birjasına çıxıb. O, TMV tikeri altında səhmlər yerləşdirib. Bu barədə şirkətin mesajında xəbər verilib.

Təklifin ilkin qiyməti – hər səhmə görə 26,25 avrodur və bu, TeamViewer-ə 5,25 milyard avro dəyərləndirmə qazandırır. Ticarət başlayandan sonra səhmlərin dəyəri bir qədər enib. 

 2014-cü ildə TeamViewer-i 870 milyon avroya alan Britaniyanın Permira investisiya qrupu  bugünki birjaya şirkətin səhmlərindən 84 milyon və ya 42% qoyub. Bu 2,21 milyard avroya bərabər bir məbləğdir. Permira TeamViewer-in 58%-nə sahib olmaqda davam edəcək.

2018-ci il ərzində TeamViewer-in satışları 25% artıb və 230 milyon avroya çatıb. 2019-cu ilin birinci yarısında isə onlar 37% artaraq 142 milyon avro olublar.