Baş ofisi Tatarıstan Resoublikasının (R.F) Əlmət şəhərində yerləşən “Kuper Limited Company” Azərbaycandakı törəmə şirkəti bağlanır.
Bu barədə məlumatı, Şirkətin elanına istinad edir.
Belə ki, Azərbaycanda məhdud məsuliyyətli cəmiyyət təşkilatı-formasında olan fəaliyyətinə xitam veriləcək.
Qeyd edək ki, şirkətin adı Tatar dilində “körpü” mənasını verir. Azərbaycanda şirkət kimi 2012-ci ilin noyabrında dövlət qeydiyyatına alınmışdı.
“Kuper” şirkəti neft yataqlarında kollektor təzyiqinin qorunub saxlanması sistemləri üçün nəzərdə tutulan nasos avadanlıqlarının istehsalı sahəsində ixtisaslaşmaqla yanaşı, neft-mədən xidmətlərini həyata keçirir.
Şirkətin istehsal etdiyi məhsullar Rusiya Federasiyası, Qazaxıstan, Belarus, Litva, Liviya və İndoneziyaya ixrac edilir.