Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Tatarıstanın Azərbaycandakı törəmə şirkəti bağlanır

Tatarıstanın Azərbaycandakı törəmə şirkəti bağlanır

149
Paylaş

Baş ofisi Tatarıstan Resoublikasının (R.F) Əlmət şəhərində yerləşən “Kuper Limited Company” Azərbaycandakı törəmə şirkəti bağlanır.

Bu barədə məlumatı, Şirkətin elanına istinad edir.

Belə ki, Azərbaycanda məhdud məsuliyyətli cəmiyyət təşkilatı-formasında olan fəaliyyətinə xitam veriləcək.

Qeyd edək ki, şirkətin adı Tatar dilində “körpü” mənasını verir. Azərbaycanda şirkət kimi 2012-ci ilin noyabrında dövlət qeydiyyatına alınmışdı.

“Kuper” şirkəti neft yataqlarında kollektor təzyiqinin qorunub saxlanması sistemləri üçün nəzərdə tutulan nasos avadanlıqlarının istehsalı sahəsində ixtisaslaşmaqla yanaşı, neft-mədən xidmətlərini həyata keçirir.

Şirkətin istehsal etdiyi məhsullar Rusiya Federasiyası, Qazaxıstan, Belarus, Litva, Liviya və İndoneziyaya ixrac edilir.