Tata konserni Faradey Future şirkətinə $900 mln. sərmayə qoyub

Date:

Paylaş:

JaguarLandRover qrupunun sahibi olan Hindsitanın Tata konserni, amerikan Faradey Future şirkətinə 900 milyon dollar sərmayə qoyub. Yaxın zamanlarda özünün ilk elektrokarını buraxacaq şirkət maliyyə böhranı ilə üzləşib.

“Gasgoo” nəşrinin bildirdiyinə görə, son vaxtlar Faradey Future şirkətini iki yüksək vəzifəli menecer tərk edib. Bunlar, maliyyə xidmətinə başçılıq edən Stefan Krauze və texniki direktor Ulrix Kranz olub. Sonuncu uzun müddət BMW şirkətinin i bölümünə rəhbərlik edib. Bundan başqa, amerikan markası ilk modelinin buraxılışını 2019-cu ilə təxirə salıb. Bu maliyyə dəstəyi sayəsində, Tata konserni nəinki Faradey Future şirkətinin 10 faizlik səhmlərinə, eyni zamanda onun elektrik və telekommunikasiya texnologiyalarından istifadə etmək hüququna sahib olub.

Xatırladaq ki, bir müddət bundan əvvəl, Faradey Future Cənubi Koreyanın LG Chem nəhəngi ilə, elektromobillər üçün ən iri tutumlu litium-ion batareyalarının yaradılması barədə razılığa gəlmişdi. Faradey Furute şirkətinin ilk modeli olan FF91 krossoveri bu ilin yanvarında təqdim edilib. 5,2 metrlik uzunluğa malik olan krossover, 1050 at qüvvəsi hasil edən dörd elektrik mühərriki ilə hərəkətə gəlir. Krossover 100 km/saat sürətini 2,3 saniyəyə toplayır. FF91 batareyaları doldurmadan 700 kilometr məsafə qət etmək iqtidarındadır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...