“Uğurlu biznesin əsas amillərindən biri doğru psixoloji mühit formalaşdırmaqdır”

Date:

Paylaş:

Müsahibimiz Humel Psixologiya Mərkəzinin təsisçisi Taryel Faziloğludur. Vəliyev Taryel Fazil oğlu 1981-ci il 21 may tarixində Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində doğulub. Orta təhsilini A.S.Makarenko adına Hümanitar Fənlər Ginnaziyasında bitirib. Tarix üzrə, psixologiya üzrə bakalavr, tarix, beynəlxalq münasibətlər, ailə psixologiyası üzrə magistr təhsili alıb. 1997 ci ildən 2014-cü ilədək ictimai təşkilatlarda rəhbər vəzifələrdə çalışıb, onlarla yerli, bir neçə beynəlxalq layihədə rəhbər və ya icraçı olaraq iştirak edib. 120-dən çox təlim və seminarlarda iştirak edib. Özünün psixologiya, fərdi inkişaf, biznes psixologiyası üzrə verdiyi seminarlarda 36 mindən çox dinləyicisi olub. 2015 ci ildə Humel Psixologiya Mərkəzini təsis edib. Ailəlidir, 2 qız övladı var.

taryel faziloğlu

– Biznes psixologiyası nədir?

– Biznes psixologiyası 2 istiqamətə bölünür: Birincisi biznesin qurulmasından onun idarə edilməsinə qədər olunan psixoloji abu-havanın ve sağlam rəqabətin yaradılması mühitidir. İkincisi biznes psixlogiyası qurulmuş biznesdə çalışan komandanın psixoloji immunitetini daim yüksək səviyyədə saxlamaq üçün verilən psixoloji xidmətdir.

– Biznes psixologiyasından hansı qlobal şirkətlər istifadə edirlər?

– Hazırda qlobal şirkətlərin demək olarki əksəriyyəti biznes psixologiyası xidmətlərindən istifadə edir. Məsələn Türkiyədə 30-dan çox işçisi olan şirkətlərin pxisoloji mərkəzlərlə müqavilə bağlaması məcburiyyətləri var. Avropa birliyinə daxil olan bir çox ölkələrdə də bu cür qanunlar qebul edilib. Şirkətlər işçilərinin psixoloji sağlamlıqlarının qeydinə qalmalıdır. Bu gün ən çox inkişaf edən sahə texnologiyadır və bu sektorda olan şirkətlər işçilərinin maksimum dərəcədə motivasiyasının yüksək səviyyədə olması üçün böyük pullar xərcləyirlər. Microsoft şirkəti hər il sırf bu xidmətlər üçün milyardlarla vəsait xərcləyir. Eləcə də aviasia şirkətlərinin işçiləri hər dəfə xidmətə çıxmazdan əvvəl psixoloji xidmətdən keçirlər. Yəni dünya artıq qəbul edib ki, uğurlu biznesin əsas amillərindən biri doğru psixoloji mühitin formalaşdırılmasıdır. Bunun üçün də de mütəmadi olaraq şirkətin komandası psixoloji xidmətlərdən yararlanmalıdır.

– Bəs Azərbaycanda bu xidmətlərdən istifadə edilirmi?

– Azərbaycanda hələ şirkətlər dünya trendi ilə ayaqlaşmağa hazır deyillər. Ona görə də bu xidmət Azərbaycanda yetəri qədər tanınmayıb. Təəsüfki, Azərbaycanda biznes sistemi alverçi səviyyəsindən yeni çıxmağa hazırlaşır. Şirkətlər hələ dünya trendlərinin axtarışındadırlar. Ümid edirəm yavaş-yavaş bizim şirkətlər də artıq biznesdə psixoloji xidmətlərin onların şirkətlərinin uğuru və eyni zamanda məhsullarının keyfiyyət və rəqabətə davamlı olması baxımından psixoloji xidmətlərin nə qədər vacib olduğunu anlayıb bu xidmətlərdən istifadə etməyə başlayacaqlar.

– Biznes sektorunda biznes psixologiyasından istifadə edənlərlə etmeyənlərin ferqi nədədir?

taryel faziloğlu

– Əsasən 3 fərq yaranır. Birinci bu xidmətlərdən istifadə edənlər zamanı düzgün idarə edə bilir. Zamanı boş yerə itirmir və bazara vaxtında daxil olmağı bacarır. İkincisi bazarı düzgün analiz edə bilir və analiz edə bildiyinə görə də bazarın ehtiyacı olduğu düzgün məhsulu çıxarır. Üçüncüsü isə uğurlu və davamlı biznes qurmağı daha yaxşı bacarır.

– Məşhur biznesmenlərdən kimlər bu xidmətlərdən istifadə edir?

– Toni Robbins adlı təlimçinin şirkətlərlə bağladığı illik müqavilələrinin dəyəri 3-5 milyon dollara qədərdir. Şirkət ceoları onun xidmətlərindən istifadə etmək üçün bir neçə il öncədən ımüraciət edirler. Bill Gatesin biznes konsultlarından aldığı xidmətlərə görə ödədiyi məbləğ milyonlarladır. Amazon şirkətinin qurucusu Ceff Bezos müsahibələrinin birində biznes təlimçisinə ona uğur qazandırdığı üçün təşəkkür etmişdi. Bazara çıxan istənilən yeni şirkət bu xidməti almağa məcburdur. Çünki bu xidməti alan şirkətlər bu xidməti almayan şirkəti bazardan sıxışdırıb çıxarır. Bugün təlim bazarının dövriyyəsi trilyonlarla dollara bərabərdir. Şirkətlər bu xidmətlərə pul ödəməklə öz varlıqlarını qoruyurlar. Dünənə qədər Azərbaycan bazarında olan şirkətlərin bir çoxu artıq yoxdur. Çünki bazarı düzgün analiz edib, bazara düzgün məhsul çıxaran şirkətlər sürətli şəkildə inkişaf edərək digərlərini sıxışdırır və bazardan çıxarır. Bazar heç zaman dayanmır və dayanmadığı üçün də davamlı şəkildə rəqabət var. Bu rəqabətə dayanıqlı olmaq üçün ilk öncə komandanı düzgün formalaşdırmalı, motivasiya etməli və komandanın məhsuldarlğına daim nəzarət etmelisən. İkinci isə qurulan biznesin idarə olunması üçün menecment və liderlik təlimlərindən keçməlisən

– Uğurlu biznes qurmaq üçün nələr lazımdır?

– Ugurlu biznes qurmaq üçün 4 nüans vacibdir

  • Həvəsli olmalısan
  • Quracağın biznes haqqında məlumatlı olmalısan
  • Uğurlu biznes quracağına inanmalısan
  • Biznesə ciddi şəkildə zaman ayırmalı və səbrli olmalısan.

Bu 4 nüansdan sonra iə peşəkar komandan olmalı və komanda həm sənə həm də özünə inanmalıdır. Biznesin quruculuğunda pul 6 və ya 7-ci yerdə gəlir. Bunlardan hər hansı birinı sahib olmadığın halda qurduğun biznesdə problem yaşayırsan. Biznesi qurduqdan sonra zamanı, riskləri, planları, stresi ve görəcəyin işin bazar dəyərini daim diqqətdə saxlamağın lazımdır. Məsələn mən 2014-cü ildə öz işimi qurmağa qərar verəndə 1 il bazar araşdırması etmişəm. Daha sonra peşəkar komanda formalaşdırdım. 2015-ci ildə Humel psixologiya mərkəzini qurdum. Riskli anlar da yaşadıq ancaq səbr etdik və 1 il ərzində artiq psixologiya sahesində öz peşəkarlığını qəbul etdirmiş bir psixologiya mərkəzi halına gəldik. Psixologiya mərkəzinin 1 il bazarda rəqabətə dayanması ciddi göstəricidir. Humel psixologiya mərkezini quran zaman məqsədimiz həqiqi peşəkar psixoloji xidmətlər göstərən bir mərkəz olmaq idi və bugün artıq öz hədəfimizə çatmışıq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...