1 milyon dollardan baha olan 5 smartfonun adı açıqlanıb. Məlumata görə, liderlər siyahısının qiyməti təxminən 8 milyon dollar təşkil edir.
1. Ən bahalı smartfonun sahibi Avstraliyada futbol klubunun sahibi Toni Seycdir. 2010-cu ildə o, “iPhone 4” smartfonu üçün qızıl korpus və almazlardan ibarət çexol sifariş vermək qərarına gəlib. Yalnız “Apple” loqotipinə 50 daş-qaş sərf edilib. Hazırda isə maqnat 8 milyon dollara başa gələn cihazdan istifadə etmir və onu ailə yadigarı kimi xüsusi muzeydə saxlayır.
2. Reytinqin ikinci yerində qızılla bəzədilmiş və zərgər Stüart Hyuzun sifarişi ilə hazırlanmış “iPhone 3GS” gəlir. Onun dəyəri təxminən 3 milyon dollar təşkil edib.
3. Üçüncü yerdə dizayner Peter Alloiksonun 2,5 milyon dollara “Kings Button” telefonu üçün etdiyi bəzək durur. Onun korpusunda 120 brilyant mövcuddur.
4. Dördüncü yer Rusiya istehsalçısı “Ancort” şirkəti və onun istehsal etdiyi “Diamond Crypto Smartphone” modelinə verilib.
5. Beşinci yerdə “GoldVish Le Million” cihazı qərarlaşıb. Onun qiyməti təxminən 1,2 milyon dollar təşkil edir. Hazırda bu modelin yalnız 3 nüsxə işləyən smartfonu mövcuddur.