Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Tanınmış təyyarə istehsalçısı 2 milyarddan çox zərər edib

Tanınmış təyyarə istehsalçısı 2 milyarddan çox zərər edib

78
Paylaş

Dünyanın ən böyük təyyarə istehsalçılarından biri olan Boeing, 737 Max modelinin ard-arda qəza etməsinin ardından ilk maliyyə balansını açıqlayıb. 

Boeing, ilin ikinci rübündə 2 milyard 940 milyon dollar zərər edib.

 NƏ OLMUŞDU?

Efiopiya Hava Yollarına aid Boeing 737 Max 8 tipli sərnişin təyyarəsi, 10 Martda Addis Ababadan Keniyanın paytaxtı Nairobiyə getmək üçün havaya qalxdıqdan qısa müddət sonra düşmüş, təyyarədəki 157 nəfər ölmüşdü.

29 Oktyabr 2018-də, İndoneziyada isə Lion Hava Yollarına aid Boeing 737 MaX 8 model təyyarə Cakartadan Sumatra Adasındakı Pangkal Pinang şəhərinə getmək üçün havaya qalxdıqdan qısa müddət  sonra dənizə düşmüşdü. 189 nəfərin öldüyü qəza, bu tip təyyarələrin ilk qəzası kimi tarixə düşmüşdü.

Efiopiyadakı qazanın ardından bir çox ölkə, “Boeing 737 Max” tipli təyyarələr ilə uçuşları müvəqqəti olaraq dayandırmış və hava məkanlarını bu uçuşlara bağlamışdı.

Hər iki qəzaya sensorları arasında informasiya uyğunsuzluğunun və MCAS adı verilən nəzarət sisteminin avtomatik işə düşməsinin səbəb olduğu bildirilmişdi. Boeing, 737 Max  təyyarələrinin proqram təminatında yeniləmə edəcəyini açıqlamışdı.