Ölkənin aparıcı maliyyə təşkilatlarından biri olan “AtaHolding”ə daxil olan “AtaSığorta” şirkəti ödənilməmiş sığorta haqqına görə “Synergy Group” MMC-ni məhkəməyə verib.
“AtaSığorta” iddia ərizəsini onunla əsaslandırıb ki, “Synergy Group”la könüllü tibbi sığorta müqaviləsi bağlayıb və bundan sonra “Synergy Group” MMC şirkətə sığorta haqqının 13 223,94 manat hissəsini ödəməklə 9 918,06 manatını borclu qalıb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində işə baxılaraq 9 918,06 manat pulun “Synergy Group”dan tutularaq “AtaSığorta”nın xeyrinə ödənilməsi qət edilib.