Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Tanınmış şirkət öz borcunu ödəyə bilmir

Tanınmış şirkət öz borcunu ödəyə bilmir

96
Paylaş

Ölkənin aparıcı maliyyə təşkilatlarından biri olan “AtaHolding”ə daxil olan “AtaSığorta” şirkəti ödənilməmiş sığorta haqqına görə “Synergy Group” MMC-ni məhkəməyə verib.

 “AtaSığorta” iddia ərizəsini onunla əsaslandırıb ki, “Synergy Group”la könüllü tibbi sığorta müqaviləsi bağlayıb və bundan sonra “Synergy Group” MMC şirkətə sığorta haqqının 13 223,94 manat hissəsini ödəməklə 9 918,06 manatını borclu qalıb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində işə baxılaraq 9 918,06 manat pulun “Synergy Group”dan tutularaq “AtaSığorta”nın xeyrinə ödənilməsi qət edilib.