“Rus Monarxiya Partiyası”nın təsisçisi, milyarder Anton Bakov 2018-ci ildə keçiriləcək ölkə prezidentliyinə namizədliyini irəli sürəcəyini bəyan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı RİA Novosti- nəşri yayıb.
“Bəli, mən Monarxiya Partiyasından namizədliyimi irəli sürəcəm”, – A.Bakov deyib.
Onun sözlərinə görə, seçkilərə iki şüarla gedəcək. Bakov bildirib ki, birincisi “Romanovlar sülaləsi dirçəlməlidir”.
“İkincisi isə, biz XIX əsrdə mövcud olan Müqəddəs İttifaqı yenidən yaratmaq niyyətindəyik”, – milyarder əlavə edib.