Tanınmış milyarder, İngiltərə çempionu olmuş klubun rəhbəri qəzadə ölüb

Date:

Paylaş:

İngiltərə Premyer Liqasında çıxış edən “Lester Siti” futbol klubunun sahibi Vişay Şrivaddanaprabha helikopter qəzası nəticəsində ölüb.

Bizplus.az Report Agentliyinə istinadən xəbər verir ki, ilkin məlumata görə, vertolyot idarəetməni itirib və “Kinq Pauer” stadionu yaxınlığında qəzaya uğrayıb.

Klub nümayəndələri tərəfindən hadisə ilə bağlı hələ ki, heç bir rəsmi münasibət bildirilməyib.

Vişay Şrivaddanaprabha “King Power Duty Free” gömrüksüz ticarət mağazalar şəbəkəsinin təsisçisi və baş direktorudur. O, 2011-ci ildə “Lester Siti” klubunu alıb və komanda 2016-cı ildə İngiltərə çempionu olub.

FIFA İngiltərənin “Lester” klubunun prezidenti Vişay Şrivaddanaprabhanın ölümü ilə əlaqədar kluba başsağlığı verib.

Qurum başsağlığı məktubunu rəsmi “Twitter” hesabı vasitəsilə paylaşıb. Mətndə FIFA-nın prezidenti Canni İnfantino hadisə zamanı həyatını itirən şəxslərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verməsi əksini tapıb.

Qeyd edək ki, “Lester Siti” futbol klubunun sahibi Vişay Şrivaddanaprabha vertolyot qəzası nəticəsində ölüb. Hadisədə həmçinin onun qızı, pilot və daha 2 nəfər həyatını itirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...