“Unicapital İnvestisiya Şirkəti” ASC-nin baş meneceri Heydər İbrahimov öz istəyi ilə vəzifəsindən azad edilib.
Onu müvəqqəti olaraq şirkətin Marjinal Ticarət Departamentinin direktoru Nadir Babazadə əvəz edir.
Keçmiş baş menecer isə fəaliyyətini “İnvest-Az İnvestisiya Şirkəti” QSC-də direktor müavini kimi davam etdirir.
Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Şirkətin səhmdarı 100% “Unibank”dır.