Amerikada getdikcə böyüyən online ticarət yeni il qabağı pik həddə çataraq böyük qazanc əldə etdi.
Adobe Insightsın araşdırmasına görə Noyabrın 1-dən Dekabrın 31-ə qədərki müddətdə edilən online satışlar Amerikada 91.7 milyard dollara çatdı və bu göstərici 2015-ci ildə həmin dövr üçün 11 faiz daha az yəni 82.5 milyard dollar idi.
2016-cı ilin tətil mövsümündə e-ticarət dünyasında rekord qırıldı. Kiber bazar ertəsi kimi bilinən texnoloji alətlərin endirimli satışı zamanı Amerikadakı ən böyük online satış partlayışı baş verdi: 3.45 milyard dollarlıq gəlir əldə edən şirkətlər ümumilikdə keçən ilə görə 12 faiz artım göstərdi. Qara Cümə kimi bilinən endirimli gün isə Kiber Bazar ertəsindən geri qalmadı və ümumilikdə 3.34 milyard dollar satış həyata keçirdi.
Adobe İnsightın verdiyi məlumata görə online satış saytlarına 24.6 milyard klik edilib və bu rəqəmin 80 faizi Amerikada ilk yüzlüyə daxil olan saytlar olub.
Məlumatdan belə nəticə çıxır ki artıq Amerikada müştərilərin istehlak vərdişləri dəyişir. Onlar artıq mağaza mədəniyyətindən internet satışa doğru irəliləyirlər və öz konfortlarına daha çox əhəmiyyət verirlər.
Mobil telefon və tablet satışları isə bayram mövsümündə 50 faiz artdı və satıcıları 28.43 milyard dollar gəlirlə təmin etdi.