Təsadüfən icad olunan məhsullar

Date:

Paylaş:

Əgər dondurma və ya pivə həvəskarısınızsa o zaman bu məhsulların təsadüfən ərsəyə gəlməsinə səbəbkar olan qurmanlara minnətdar olmalısınız. Yəqin ki, hər birimizə belə yaranan digər məhsulların da hansılar olduğunu bilmək maraqlı olardı:

  1. Pivə

Smitson İnstitutunun məlumatına görə Pivənin tarixi e.ə. VI əsrə gedib çıxır və onu Şumerlər icad edib. Qəti əminlikləri olmasa da alimlər belə  hesab edirlər ki, pivə çörək hazırlandığı zaman təsadüfən ixtira olunub. İçkilərin tarixini araşdıran yazıçı Xorst Dornbuş  qeyd edib ki,  bu regionun sakinləri daha çox açıq havada çörək hazırlamaqla məşğul olublar və çörəklər yağış yağanda islanıb parçalanırdılar. Bununla heçnə edə bilməyən sakinlər yaş xəmirin bir müddət qaldıqdan sonra fermentləşmiş mayeyə çevrildiyini görürlər.

  1. Qarğıdalı qabığı (Kukuruz)

Həkim Con Xarvi Kelloq və qardaşı Uill Kit Kelloq Miçiqan ştatında bir pansionata rəhbərlik edirdilər. 1890-cı illərin sonu onlar vegetarian pəhrizi saxlayan  pasientləri üçün məhsullar yığırdılar. Səhər yeməyi hazırlayarkən eksperimentlər nəticəsində qardaşlar hal-hazırda bizə çox tanış olan kukuruzu yaratmış olurlar.

  1. Şokolad qırıntıları ilə peçenye

Rut Qreyvs Ueykfild xüsusi şokolad peçenyelər hazırlayırdı. Şokoladın qurtardığını görən Qreyvs improvizə etmək qərarına gəlir və ən son hazırlanan şokoladın qalanını əzir. O, şokoladın beləcə əriyəcəyinə ümid edirdi. Amma bunun əvəzində şokolad qırıntılarından ibarət peçenye icad etmiş olur.

  1. Kişmiş

Hələ e.ə. 2000-ci ildə insanlar tənəklərdə qalıb quruyan üzümlərə rast gəlirlər. Onlar həmin üzümlərdən əvvəllər bəzək kimi istifadə etsələr də, sonralar onlar çox sevilən  qidaya (kişmiş) və əsas ticarət  məhsullarından birinə çevrilirlər. Kişmişdən hətta idman yarışlarında hədiyyə kimi istifadə olunub.

  1. Vafli

Dondurma üçün ilk vafli 1903-cü ildə italyan firması tərəfindən patentləşdirilb. Amma bu məqamda Ernest Xemvi-ni də minnətdarlıqla yada salmalıyıq. Belə ki, 1904-cü ildə Sant-Luisdə keçirilən Dünya  sərgisində Xemvi dondurma satanın yanında dayanıb xırçıldayan vafli peçenye satır. Bu zaman qab çatmayanlar üçün Xemvi onları vafli ilə əvəz etməyi təklif edir.  O, vaflini konusvari vəziyyətə gətirir və bununla da hamımıza məlum dondurmalar yaranır.

  1. Çəhrayi limonad

Adi limonadın yaranma tarixi 17-ci əsrə gedib çıxır və adı avropalı mühacirlərlə bağlıdır. Çəhrayi limonadın isə daha ekzotik bir tarixi var. Smits İnstitutunun məlumatına əsasən, onun haqqında ilk xatırlatmalara  daşınan sirklərlə bağlı təsvirlərdə rast gəlinir. Hesab olunur ki, içki, Henri E. Ellott tərəfindən icad olunub. Belə ki, təsadüfən, qırmızı-qəhvəyi konfetlər onun sirkdən aldığı kokteylin içinə düşür.

  1. Şampan

Bir çox insanlar şampanın yaranmasında Pyer Perinon-un xidmətlərinin olduğunu deyirlər, hərçənd bunun da təsdiqi  yoxdur. Benedikt rahibi monastrlardan birində şərab hazırlanması işlərinə nəzarət edirdi. Bir gün şərab şüşəsində qabarcıqların olduğunu görür və onları yox etmək istəsə də bu, alınmır. Daha da qabaran içki rahibi heyrətə gətirir. O, rahib dostlarına səslənir: “Qardaşlar gəlin mənim yanıma, birlikdə ulduzları içək!”

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...