Tək bir filmə görə 100 milyon dollar olmaqla, bütün zamanların ən gəlirli 17 film rolu

Date:

Paylaş:

Bugün, ən azından, baş rolda oynamaqla auditoriyanın diqqət mərkəzində olduqları zamanlarla müqayisədə aktyorların yüksək əmək haqqı alması hallarına çox nadir hallarda rast gəlinir.

İllər öncə, əgər bir aktyorun adı hər hansısa bir filmlə yanaşı çəkilirdisə, bu artıq onun uğuruna zəmanət idi. Will Smith, Tom Cruise və Jim Carrey kimi ulduzlar 90-cı illərdə böyük pullar qazandılar çünki, onlar çoxlu tamaşaçı kütləsinin marağında idilər.

Məsələn, Carrey-ə 1996-cı ildə çəkilən “The Cable Gay” filminə görə 20 milyon dollar ödəndi, bu,hazırki zaman üçün nadir rast gəlinən bir haldır, çünki onun 201 milyon dollarlıq bir həftə sonu açılışı edəcəyi gözlənilirdi.

Bugün, auditoriyanı ulduzdan daha çox franşiza cəlb edir. Məsələn,“Avengers: Endgame” bütün zamanların ən böyük dünya üzrə və ev açılışları rekordunu qıran “box-office” hissəsidir.

Lakin bir çox məşhur aktyorlar hələ də böyük işlərə imza atmaqla tanınırlar. Variety-nin açıqlamasına görə, Ryan Reynolds Netflix-dən olan növbəti “Six Underground” filminə görə 27 milyon dollar qazanmaqdadır.

Aşağıda bütün zamanların ən çox gəlir qazandıran 17 film rolu sıralanmışdır:

  1. Emma Stone, “La La Land” fimindəki Mia roluna görə

26 milyon dollar

Mənbə: Forbes

Stone, 26 milyon dollar qazanmaqla 2017-ci il, Forbesin ən çox qazanan aktrisalar siyahısına başçılıq edib və bu, onun 2016-cı ildə ona Oscar mükafatı qazandıran “La La Land” filmindən əldə etdiyindən çoxdur.

  1. Ryan Reynolds , “Six Underground” filmi

27 milyon dollar

Mənbə: Variety

Yayımlanma tarixi hələ ki, bəlli deyil, lakin Reynolda Netflix-in çəkdiyi filmdəki Michael Bay roluna görə 27 milyon dollar ayrılıb, belə ki bu film altı multimilyonerin keşikçiyə çevrilməsindən bəhs edir.

  1. Arnold Schwarzenegger, “Terminator 3: Rise of the Machines” filmindəki The Terminator roluna görə

29 milyon dollar

Mənbə: Slate

Schwarzenegger Terminator 3 filminə bəzi xüsusi şərtlər altında geri dönəcəyinə söz verib, belə ki, bu şərtlərdən biri də, hətta film alınmasa belə ona 29,25 milyon dollarlıq “ödəniş və ya oyun” məbləği verilməsi ilə bağlı idi.

  1. Jim Carrey, “Yes Man” filmindəki Carl Allen roluna görə

30 milyon dollar

Mənbə: Forbes

Görünür ki, “Yes Man” filmindəki, öz bəhrəsini verən özəl iştirakına görə Carrey-in əmək haqqı dəyişib.

  1. Tom Hanks “Saving Private Ryan” filmindəki Captain John Miller roluna görə

40 milyon dollar

Mənbə: Entertainment Weekly

Hanks bir çox filmlərlə bağlı “indi oyna, sonra qazan” razılığına gəlib və bu filmlər ona “box-office” məbləğinin bir hissəsini qazandırıb. O ən azından “Saving Private Ryan” filmindən 40 milyon dollar qazanıb, lakin bu, onun ən gəlirli müqaviləsi deyildi.

  1. Cameron Diaz “Bad Teacher” filmindəki Elizabeth Halsey roluna görə

42 milyon dollar

Mənbə: Yahoo Finance

“Bad Teacher” filminin çəkilişləri üçün Diaz-a 1 milyon dollar pul ödənilib, lakin o filmə görə 40 milyon dollaradan çoxuna təminat verən “box-office” məbləğinin bir hissəsini aldı. Bu Hollivud tarixində ən “əfsanəvi” müqavilələrdən biri kimi tanınır.

11.Robert Downey Jr. “The Avengers” filmindəki Tony Stark/Iron Man roluna görə

50 milyon dollar

Mənbə: GQ

Downey-ə Marvel Cinematic Universe-dəki roluna görə çoxlu pul ödənməsi surpriz olmamalıdır və o, bildirib ki, təkcə ilk “Avengers” filminə görə ona 50 milyon dollar ödənilib.

  1. Leonardo DiCaprio “Inception” filmindəki Dom Cobbroluna görə

50 milyon dollar

Mənbə: Forbes

DiCaprio Christopher Nolan-nın 2010-cu ildə çəkdiyi “Inception” filminə görə yalnız “box-office” məbləğindən, ən azından 50 milyon dollar qazanıb, lakin onun müqaviləsinə ev vieoları və televiziya satışları da daxil idi. Forbesin məlumatına görə, onun maaşından kəsildi çünki film çox “riskli” idi, lakin o və Nolan ilk dolların ümumi xallarını ayırmağa razılaşdılar.

  1. Jack Nicholson “Batman” filmindəki The Joker roluna görə

50 milyon dollar

Mənbə: Entertainment Weekly

1989-cu ildə çəkilmiş “Batman” filmindəki mənfi Joker roluna görə Nicholson-a 6 milyon dollar ödənilməsinə baxmayaraq, o gəlirli müqaviləni təmin etdi və buna satışlardan mal satışı və “box-office” məbləğləri daxil idi – beləsi görünməmişdi.

  1. Johnny Depp “Pirates of the Carribean: On Stranger Tides” filmindəki Jack Sparrow roluna görə

55 milyon dollar

Mənbə: Forbes

Forbes 2010-cu ildə xəbər verib ki, 2011-ci ildə yayımlanan dördüncü “Pirates” filmi olan “On Stranger Tides” ən bahalı filmdir. Onun dəyəri 410 milyon dollardır. Bu məbləğin böyük bir hissəsi personal heyətə və aktyorlara ödənilib. Hələ tə Depp filmə görə 55 milyon dollar alıb.

  1. Tom Hanks “Forrest Gump” filmindəki  Forrest Gump roluna görə

60 milyon dollar

Mənbə: Entertainment Weekly

“Forrest Gump” “box-office” hit-i Hanks-ın performansa görə ödənişi seçdiyi digər bir filmdir, belə ki, burdan o, 60 milyon dollar qazanıb.

  1. Harrison Ford “Indiana Jones and the Kingdom of the Crystal Skull” filmindəki Indiana Jones roluna görə

65 milyon dollar

Mənbə: Forbes

Ford-u dördüncü “Indiana Jones” filmi üçün geri götürmək üçün Paramount, filmdən gələn gəlirin böyük bir hissəsini onun, direktor Steven Spielberg-in və prodüsser Gerge Lucas-ın arasında bölüşdürülməsi barədə müqavilə imzaladı.

  1. Johnny Depp “Alice in Wonderland” filmindəki The Mad Hatter roluna görə

68 milyon dollar

Mənbə: The Telegraph

Telegraph-ın verdiyi açıqlamaya görə, Depp, ABŞ-da 68 milyon dollarlıq film olan “Alice in Wonderland”a görə 50 milyon dollar qazanıb.

  1. Sandra Bullock “Gravity” filmindəki Dr. Ryan Stone roluna görə

70 milyon dollar

Mənbə: The Hollywood Reporter

Bullock-a “Gravity” filminə görə 20 milyon dollar ödənilib və bu onun özü üçün yaxşı dəyərləndirdiyi rəqəmdir. Lakin onunla razılaşmaya “box-office” gəlirinin 15% -i daə daxil edilmişdi ki, bu da ən azından 70 milyon dollar idi.

  1. Tom Cruise “Mission: Impossible – Ghost Protocol” filmindəki Ethan Hunt roluna görə

75 milyon dollar

Mənbə: Forbes

Cruise “Mission: Impossible”-ın dördüncü filmi olan “Ghost Protocol”-dan 75 milyon dollar əldə edib və bu, onu Forbesin 2012- ci ilin ən güclü aktyorları siyahısının birincisi edib.

  1. Will Smith “Men in Black 3” filmindəki Agent J roluna görə

100 milyon dollar

Mənbə: The Hollywood Reporter

Will Smith-in üçüncü “Men in Black” filminə görə performans əsaslı ödənişi, ümumi 624 milyon dollardan 100 milyon dollar olub.

1.Keanu Reeves “The Matrix” trilogiyasındakı Neo  roluna görə

250 milyon dollar (ümumi)

Mənbə: The Hollywood Reporter

Bütün üç “Matrix” filmi arasında Keanu Reeves-in ümumi gəliri 250 milyon dollardır




Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...