Bir qədər əvvəl ABŞ şirkətinin rəsmisi məlumat vermişdi ki, köhnə əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular “WannaCry” kimi şifrləyici virusların hücumu qarşısında dayanıqsızdırlar.
“Microsoft” artıq “Windows 7” və daha köhnə əməliyyat sistemləri üçün xüsusi təhlükəsizlik paketləri çıxarıb. Ancaq şirkətin nümayəndələri hesab edirlər ki, təhlükəli proqramlar tərəfindən yoluxmuş ən azı 1 milyon kompüter internetə qoşula bilər.
“Microsoft Security Response Center”in nümayəndəsi Saymon Poup əminliklə bildirib ki, köhnə “Windows” sistemlərində hələ də eksployt mövcuddur. Onun sözlərinə görə, təhlükəsizlik paketinin çıxarılmasından iki həftə sonra kompüterlərin kütləvi yoluxması hallarının qeydə alınmaması təhlükənin aradan qalxması demək deyil.
“Windows”un yeni təhlükəsizlik eksploytu “Windows XP”, “Windows 7”, həmçinin “Windows Server 2003”, “Windows Server 2008 R2” və “Windows Server 2008” sistemlərində istifadə olunan “Microsoft Remote Desktop Services”də kodun uzaq məsafədən icrasına imkan verən kritik boşluğa malikdir.