Əsas səhifə Biznes Biznes məqalələri Təqaüdçü yapon milyonçuları sərvətlərini nəyə xərcləyirlər?

Təqaüdçü yapon milyonçuları sərvətlərini nəyə xərcləyirlər?

101
Paylaş

Yaponiyada təqribən 2,7 milyonçu var. Bəs onlar təqaüdə çıxdıqdan sonra pulları necə olur?

Kyuşu adasının baş dəmiryolları rəhbərinin belə bir problemi vardı: onun qatarlarından çox az adam istifadə edirdi. Sakinlər qocalıb təqaüdə çıxdıqları üçün  səhərlər artıq işə getmirdilər. Hiyləyə əl atmaq  və insanları ilkin tələbat siyahısına daxil olmayan nəyisə istəməyə vadar etmək lazım idi. Cavab isə vardı: ultra-dəbdəbəli qatarlar.

Bu yenilik o qədər məhşurluq qazanır ki, Yaponiyanın iki ən yaxşı dəmiryolları şirkəti bu ideyanı təkrarlayır və onu öz bizneslərinə daxil edirlər. Mayda, onlardan biri, East Japan Railway Co.şirkəti  on yataq vaqonundan ibarət dəbdəbəli ekspress-i təqdim edir: ilk 34 xoşbəxt sərnişin səfərdən məmnun qalır.

Bu qatar klassik Şərq ekspressi-nin müasir variantıdır. Onun  divarları və tavanı şəffafdır. Xüsusi pianino çalğı xidməti və aşpazları olan bu qatarın ən baha biletləri (üç günlük səyahət üçün 8400 dollar) iki ay öncə satılıb.

Son on illik ərzində Yaponiya iqtisadiyyatının yeddi dəfə tənəzzülə uğramasına baxmayaraq, dövlət xəzinəsi hələ ki təhlükə yaşamır. Yaponiya milyonçuların sayına görə dünyada ABŞ –dan sonra ikinci yeri tutur. Bain & Company konsaltinq şirkətinin məlumatına görə, keçən il Yaponiyanın lüks mallar bazarı qazanc əldə edib. Hələ də “Hermes” çantalarına, “Rolex” saatlarına və digər avropa statuslu simvollara tələb var.  Amma zəngin yapon milyonçularının yeni əyləncəsi yaranıb – birinci sinif qatarlarında səyahət. Buna görə onlar çoxlu pul xərcləməyə hazırdırlar.

Expedia Inc. biletlərin onlayn bron edilməsi şirkətinin direktoru deyir ki, Yaponiya dəbdəbə ölkəsidir və səyahətlər bazarı burada əsas lüks istiqamətlərdəndir.

Bugün Yaponiya xarici turistlərin sayına görə liderlik edir. Amma elit turizm adi turizmdən fərqlənir əsasən yaşlılarla bağlıdır: yəni, məsələn,  Fudzio Umemoto adlı bir ahıl dostları ilə birlikdə yaxta əldə edir.

67 yaşlı bu kişinin sözlərinə görə, on illik qənaətdən sonra nəhayət ki, o özünə həm pul həm də vaxt ayıra bilir. O, təqaüd pulunun məbləğini açıqlamır, amma Yaponiyanın biznes-təşkilatlar Federasiyasının sorğusuna əsasən  bütün həyatlarını bir firmada işləməklə keçirən əməkdaşlar üçün birdəfəlik bonus keçən il orta hesabla 210 000 dollar olub.

Umemoto deyir ki, ona əşyalar lazım deyil və o, pullarını xoş xatirələrə və maraqlı təcrübəyə xərcləmək istəyir.

Planetin 500 ən zəngin adamları arasında cəmi 6 yapon var, amma yenə də milyonlarla milyonçunun olduğu ölkədir. Capgemini konsaltinq firmasının World Wealth Report hesabatında deyilir ki, 1 mln dollardan çox məbləğdə likvid aktivlərə malik olan yaponların sayı təqribən  2,7 mln-a çatır.Əhalisinin sayı tədricən azalan ölkədə yaşlı və zəngin insanlar –  kəsişən iki demoqrafik qrupdur. 2015-ci ildə fond bazarında baş tutan yarış sayəsində yapon milyonçularının sayı 11% artır.

Tokiodakı Nomura Araşdırma institutunun məsləhətçisi Xiroyuki Miyamoto deyir ki, yapon cəmiyyəti elə qurulub ki, burada zənginlər kateqoriyası çiçəklənir.

Amma varlı və kasıblar arasındakı uçurum da artır – yəni, bir çox yapon artıq əvvəlki kimi yaxşı yaşamır. Milli vergi agentliyinin məlumatına görə, 1997-ci ildən bəri əmək haqqı və müavinətlər orta hesabla 10% azalıblar. Bu ölkəni bürümüş deflyasiyanın nəticəsi, həm də istehlak bazarının endirimçilərə yönəlməsinin səbəbidir – məsələn, Nitori Holding Co. mebel riteyleri və ya Uniqlo gündəlik geyimlər şəbəkəsi.

Amma dəbdəbə dünyası üçün bu nəticələr bir o qədər də kritik deyil. “Expedia”-nın sözlərinə görə, keçən il Yaponiyada premium-sinif təyyarələrinə aviabiletlər ekonom-klass biletlərindən iki dəfə çox satılıb. Ölkənin ən iri turizm operatoru JTB Corp. deyir ki, onun Royal Road Ginza törəməsinin müştərilərinin sayı  yarandığı 2003-cü ildən 10 dəfə artıb.

Ahıl zəngin yaponların  xərcləri kruiz (turistlərin dəniz nəqliyyatı ilə daşınması) turizmində özünü daha aydın şəkildə göstərib. Nəqliyyat Nazirliyinin məlumatına görə, keçən il yapon sərnişinlərinin sayı 12% artıb və rekord 248 min nəfər sayına çatıb.

Belə bir tələb xarici rəqibləri cəlb edir. Gələn ilin aprelindən Amerikanın Princess Cruises turizm şirkəti il boyu yapon limanından reyslər həyata keçirəcək. Daha bir turoperator Genting Hong Kong bu ay Yaponiyaya özünün ən iri okean laynerlərindən birini göndərib. İtaliyanin MSC Cruises şirkəti də öz növbəsində gələn 2020-ci ildə Yaponiyadan ilk kruiz marşrutunu yola salacaq.

Keçən il Hoshino Resort Co. şirkəti Tokionun maliyyə mənzilinin düz mərkəzində qaynar mənbələrdə ənənəvi yapon oteli açır. 18 mərtəbəli bu otelin tatamili 84 otağı var.

Bundan başqa, yaponları lüks sinifli avtobuslar da cəlb edir. Bu istqamətdə də yapon şirkətləri ən yüksək xidmət səviyyəsini təşkil ediblər, amma onlarda səyahətin dəbdəbə ilə əlaqəsi yoxdur. Bir neçə il bundan qabaq Isetan Mitsukoshi Holdings Ltd. univermağının operatoru lüks sinfinə daxil avtobus ekskursiya daşımaları təklif etməyə başladı. Avtobusların salonu avadanlıqlarla xüsusi şəkildə elə təchiz edilmişdir ki, səyahət sanki lüks aviauçuşu xatırladır. Nəqliyyat 10 nəfərlikdir, amma halbuki, analoji meydançası olan nəqliyyat vasitəsi adətən 40 və daha çox adam tutur.

JTB özünün elit avtobus turlarını apreldə həyata keçirib. Şərqi Yaponiyanın dağ və meşə cığırları üzrə ən baha 12 günlük səyahət biletlərinin qiyməti 13 000 dollardır.

Amma yenə də avtobusları qatarlarla müqayisə etmək olmur. 2013-cü ildə JR Kyushu Railway Co. şirkəti  sehrli bir uğura imza ataraq, super elit “Yeddi ulduz” qatarını istifadəyə verir. Şirkətin keçmiş prezidenti və hazırki sədri Kodzi Karaike özlərinin turistik səyahətləri ilə qürur duyduğunu deyib və bildirib ki, onlar hələ onlara qədər Yaponiyada heç bir dəmiryolu şirkətində olmayanı icad ediblər.