Əsas səhifə Biznes Biznes məqalələri Təkrar istifadə biznesi: Binaların sökülməsindən sonra təkrar istifadə olunan kərpiclərin satışı

Təkrar istifadə biznesi: Binaların sökülməsindən sonra təkrar istifadə olunan kərpiclərin satışı

268

İlkin yatırım: 500 azn

Bir obyektin sökülməsindən gələn gəlir 800-1000%

Bu biznes layihənin əsas ideyası əvvəl istifadə olunmuş hazır kərpicin və inşaatda istifadə edilən digər tikinti materiallarının təkrar satışından ibarətdir.

Necə başlamalı?

İlkin kapitala ehtiyac yoxdur. Satış bazarı və alışlar üzərində başlamaq olar. Əvvəlcə tikinti materiallarının alışı sonra isə söküntü işləri üçün potensial müştəri bazası üzərində işləmək lazımdır. Böyük tikinti sahələrində təkrar istifadə tikinti materiallarının alışı üçün müştəri tapmaq olmur. Belə sahələrdə iş icraçıları çoxlu tikinti materialları ilə və topdan satış qiymətlərlə işləyirlər. Bununla da rəqabət aparmaq çətindir.

Obyekti necə tapmaq olar?

Ən optimalı – öz obyektlərini inşa  və ya təmir edən kiçik özəl şirkətlər və özəl sahibkarlarla razılıqdır. Bu zaman münasib qiymətə az tikinti materialı lazım olur.

Potensial müştərilər üzərində işlədikdən dərhal sonra obyekt söküntüsünə başlamaq lazımdır. Söküləcək bina barədə qeydlər olan bir xəritənin də olması yaxşıdır. Burada bir qədər aqressiv hərəkət etmək lazımdır: elan yerləşdirmək, gözətçilərdən yaxınlıqdakı qəzalı binaların siyahısını almaq və hətta sakinlərlə söhbət edib fikirlərini öyrənmək olar.Yeni evlər və mənzillər quran tikinti şirkətləri ilə müştərək işə də çox rast gəlinir. Sadəcə belə şirkətlər köhnə obyektləri dağıdırlar.

İstifadə olunmuş kərpiclərin satışı – bina söküntüsündən sonra bir biznes kimi

Belə bir fikir var ki, köhnə kərpic daha möhkəmdir. 80% hallarda bu həqiqətən də belədir.

Bütün söküləcək obyektlərə baxış keçirilir. Buna ilk növbətə damlardan başlanmalı və onlardan kərpicə nəm sızması yoxlanmalıdır.Çünki, uzunmüddətli sızma nəticəsində kərpic qalıcılığını itirir və ovulub yararsız hala düşür.

İkinci əsas aspekt – qalıcılıq keyfiyyətidir. Burada söhbət gözəllikdən və kərpiclərin düzgün qalmasından getmir. Söhbət onun tam olmasından gedir. Çox tez-tez kərpic hörgülərinin arasına tikinti tullantıları yerləşdirirlər və tam kərpic görünütsü yaranmış olur. Zahirdən baxanda bunu sezmək olmur, yalnız kərpicin bir hissəsini dağıtmaq və bir neçə kərpici çıxartmaqla bunu bilmək olar. Bu vacib aspekti, sonradan xərcə düşməmək üçün söküntü barədə danışıqlara başlayanda nəzərə almaq lazımdır. 

Daha sonra divarın olduğu bütün sahə hesaba alınır. 30-40%-dən çox düşən divar sahəsi vəziyyətində ya əməliyyatdan imtina edilməli ya da işə uyğun olaraq qiymət aşağı salınmalıdır. Təkrar istifadə üçün kərpic sayı 40-45%-ə qədər düşür.

Hüquqi aspektlər.

Kərpiclə bağlı hesablaşma işlərindən öncə  binanın qanuni yolla sənədləşməsini yoxlamaq lazımdır. Bina daşınmaz əmlak kimi girova qoyulmuş və əmlakçıların “qara siyahı”sından keçmiş olmamalıdır.

Alətlər və mütəxəssislər.

İşlər üçün avtonom elektrostansiya və almazdan böyük kəsici təkər halqaları ayırıcı maşınlar lazımdır. Həmçinin, dəmir “lom” və dəmir skoblar da olmalıdır. Yükləmək üçün manipulyator ya da kran lazımdır. Materialların çıxarılması üçün isə avtomaşın olmalıdır. Ümumilikdə 7 nəfərlik söküntü briqadası cəlb edilməlidir. Ilk olaraq elə əlbəttə briqada tutulmalıdır və çox yaşxı olar ki, onların özlərinin alətləri olsun. Belə olan halda ilkin sərmayə və maliyyə riskləri sıfıra enəcək. Lakin qeyri-peşəkar briqadanın olması riski də gözləniləndir.

İstənilən briqadanı, yaxınlardan sorğu, hazır obyektlər və ya digər rahat yollarla yoxlamaq olar və bu lazımdır da. Yaxşı briqadanın ən əsas göstəricilərindən biri sıx iş qrafikinin olmasıdır.

Ilkin kapitalın geri qaytarılması

Başlanğıc yatırım belə məhdudlaşır: zənglər, əraziyə baxış, elanların yapışdırılması ayda 500 azn-dən çox etmir. Hətta ən kiçik söküntü obyekti, briqadanın işi də hesaba alınmaqla təxminən 800-1000%  gəlir gətirir. Söküntü işi hazır müştəri ilə həyata keçirilmədikdə briqada anbardan da işləyə bilər. Belə olan halda təkrar istifadə materialını anbara yerləşdirmək, mövsümün əvvəlində isə əlavə xərclərlə birgə satmaq olar. Burada da təbii olarq anbar icarəsinə və gözətçilərə xərc çıxır.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here