Əsas səhifə Satışda olan bizneslər Təhsil sektoru Təhsil müəssisəsində məşğulluq tədbirləri keçiriləcək – “Karyerada ilk addım”

Təhsil müəssisəsində məşğulluq tədbirləri keçiriləcək – “Karyerada ilk addım”

30
Paylaş

Bu il “Karyerada ilk addım” devizi altında 29 aktiv məşğulluq tədbiri təşkil olunacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu il Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında 29 aktiv məşğulluq tədbirinin keçirilməsi nəzərdə tutulur.

Tədbirlər həmin şəhərlərdə olan ümumilikdə 25 universitetdə, 2 kollecdə keçiriləcək. Həmçinin Gənclər Fondu, ASAN Xidmət və işəgötürənlərlə əməkdaşlıq həyata keçirilməklə də “Karyerada ilk addım” tədbirləri təşkil ediləcək.

Mart ayından başlanacaq bu tədbirlərdə tələbə və məzunlar işəgötürənlərə şəxsi məlumatlarını təqdim edə biləcəklər. İşəgötürənlər də öz növbəsində müvafiq ixtisaslar üçün kadr seçimi aparmaq imkanı qazanacaqlar.

Tədbirlər zamanı təcrübə proqramlarında iştirak etmək istəyənlərin qeydiyyatı da aparılacaq və məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə iştirakçılara məlumatlar veriləcək.