Təhlükəsiz brauzerlərin top 5-liyi

Date:

Paylaş:

Wired, başlıca prioritetlərindən biri kimi istifadəçilərin gizliliyini əsas götürən  brauzerlərin siyahısını təqdim edib.

DuckDuck Go

duckduckgo
duckduckgo

Əsas üstünlüyü sadəliyidir. Proqramı yükləmək kifayət edir – əlavə heçnə quraçdırmaq lazım deyil.

DuckDuckGo məhsulları onlayn olduğunuz zaman təkcə özünüzü təhlükəsizlikdə hiss etmənizi təmin etmir, həmçinin sizi məhz nədən qoruduğunu da göstərir. DuckDuckGo şifrələnmiş məcburi HTTPS əlaqəsinin tətbiqi ilə başlayır, sonra sizin baş çəkdiyiniz  hər səhifəyə məlumatlarınızı nə dərəcədə əldə edə bilmələrinə əsaslanan qiymətləndirmə verir.

Şəbəkədə anonimliyi təmin etmək üçün DuckDuckGo, sizi və cihazınızı tanıya biləcək  “cookie”ləri blok edir. Hətta saytlardan istifadə siyasətini skan edir və dərəcələndirir.

Tarixçəni avtomatik olaraq hər sessiyadan sonra və ya bir kliklə silmək olar. Hətta qeyd edilmiş qeyri-aktiv zaman ərzində tarixçəni siləcək taymer də işə salmaq olar.

DuckDuckGo Android və İOS platformaları üçün uyğundur. Sevimli brauzerlərinizdən imtina etmək istəmirsinizsə, Chrome və Firefox üçün olan genişlənmə də bunu etməyə imkan verir.

Ghostery

Ghostery
Ghostery

Desktop versiyadan başqa Ghostery-ni Android və ya İOS-da da quraşdırmaq olar və  bundan sonra da o, reklamı və cookie”lərinizin izlənməsini blok edəcək.

DuckDuckGo-d olduğu kimi, Ghostery də istifadəçiyə məhz nəyi blok etdiyini və onun daxil olduğu hər saytın nə qədər monitorinq alətindən istifadə etdiyini göstərir. Əgər onlardan bəziləri bir o qədər də maraq içində deyillərsə, onları icazəlilər sihayınıza daxil edə bilərsiniz. Lakin digər saytlarda bütün izləyici alətləri bağlamaq olar – hətta bu əgər sizin brauzerdə düzəlməsi mümükün şəkildə işləməsinə yol açsa belə.

Ghostery-də həmçinin istənilən üçüncü brauzerdə praktik olaraq quraşdırıla bilən genişlənmə var. DuckDuckGo-dakına nisbətən Ghostery-də istifadəsinin daha çətin olmasına baxmayaraq, o çox yaxşı alternativ ola bilər.

Tor Browser

Tor Browser
Tor Browser

Bu brauzer “izləmə, nəzarət və qadağasız” bir brauzer kimi yer tutur – şəbəkənin anonimliyi üçün idealdır. Yeganə çatışmazlığı –İOS üçün olmaması. Tor Browser, Android ,Windows və macOS üçün uyğundur.

Brauzer – istifadəçiləri çətin şifrələnmə sistemindən keçirərək onların şəbəkədə anonimliyini təmin edən Tor Project qlobal layihəsinin kiçik bir hissəsidir. Tor-da istifadəçinin yolunu izləmək mümkün deyil.

Tor Browser saytların istifadə etdiyi izləmə texnologiyalarına və gizli skriptlərlə əlaqəli olaraq çox kateqorikdir. O, reklamçıların, sizin kim olduğunuzu heç bilmədən cihazınızla bağlı məlumatlar əldə etmək üçün istifadə etdiyi barmaq izləri ilə tanıma metodunu da blok edir.

Hər sessiyanın sonunda cookies və axtarış tarixçəsi də daxil olmaqla bütün izlər silinir. Şəxsi gizlilik funksiyası qaydası üzrə aktivdir.

Şifrələnməyə və anonimliyi qorumq üçün olan digər ölçülərə görə Tor Browser digərlərindən daha ləng işləyir, lakin təhlükəsizlik baxımından bu  ən yaxşı seçimdir.

Brave

Brave
Brave

Brave – bu, Firefox təchizatçısı Brendan Eich-in layihəsidir. Onun məqsədi eyni vaxtda  sizi izlənmədən qorumaqdan həm də müvafiq reklamı təmin etməkdən ibarətdir. Android, iOS, Windows, macOS üçün uyğundur.

Qaydası üzrə tətbiqi reklamı blok edir və saytların əldə edə biləcəyi məlumatlara ciddi məhdudiyyət qoyur. DuckDuckGo və Ghostery-dən fərqli olaraq, istifadəçi məhz hansı alətlərin blok olunması ilə bağlı dəqiq məlumat əldə etmir. Amma Brave əlavə olaraq gizlilik üzərinə edilən hücumları blok etməyə çalışır.

Brave hələ ki, yeni bir layihədir və kontentin qurucuları arasında gəlir bölgüsünə və reklamlara baxışa görə ödəmə ideyasını sınaqdan keçirir.

Firefox

Firefox
Firefox

Android, Ios, Windows, macOS üçün uyğundur. Sizin kim olduğunuzun və şəbəkədə nə etdiyinizin reklamçılar tərəfindən aşkar edilməsinə yardımçı olan  cookie”ləri blok edir.

Brauzer həmçinin, sizin daxil olduğunuz saytlar və onların sizə qarşı olan hiylələri barədə məlumat verir ki, onları da Firefox blok edir. Burada həm də saytların mikrofona, əraziyə qoşulmaq icazəsini idarə etmək rahatdır.

Amma bu hələ ki, desktopda işləyir – mobil tətbiqlər əsas platformaların inkişafı ilə uyğunlaşmır. Lakin onun da gizliliklə bağlı funksiyaları az deyil: hər dəfə tətbiqi tərk etdikdən sonra yığılmış məlumatların silinməsi və izləmə, cookie”lərin blok edilməsi.

Firefox – sürət və gizliliyə qiymət verənlər üçün əla seçimdir.

Safari

Safari
Safari

Apple şəxsi məlumatların qorunması ilə əlaqədar öz brauzerini inkişaf etdirir. Safari şirkətin digər bütün proqramları kimi istifadəçinin effektiv işləyə bilməsi üçün mümkün qədər az məlumat toplayır və onları hətta Apple-ın özündən də qoruyur.

Safari çoxdan cookie”lər vasitəsilə istifadəçilərin fəaliyyəti barədə məlumat toplayan saytlara müharibə elan edib, indi isə onları barmaq izləri ilə əldə etməyə çalışanlarla mübarizə aparır. iOS 13 və macOS Catalina-nın bu payızda buraxılışı ilə Safari qorunması daha da gücləndi.

Safari – əgər hər gün çoxlu Apple məhsulundan istifadə edirsinizsə, yaxşı seçimdir. Aktiv brauzinqdən ayrılmadan cihazlar arasında keçid həyata keçirmək olar. Əsas çatışmazlığı ondan ibarətdir ki, Safari Android və Windows üçün uyğun deyil.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...