Əsas səhifə Xəbərlər Biznes xəbərləri Təcrübəçinin səhvi Google-a $10 milyon başa gəldi: bu necə oldu

Təcrübəçinin səhvi Google-a $10 milyon başa gəldi: bu necə oldu

Təcrübəçinin səhvi Google-a $10 milyon başa gəlib. Təlimdə, o, şirkət üçün boş bir reklam alaraq böyük məbləğdə pul xərcləyib. Hadisə niyə və necə baş verdi?

Bəli, həqiqətən unikal bir hadisə Google-da yeni işçilər üçün keçirilən təlimlərdən birində baş verdi. Təcrübəçilərdən birinin səhvinə görə, şirkət böyük xərc çəkməli olacaq.

Hadisə belə baş verib. Şirkətin Kaliforniyadakı ofisində, işə yeni başlayanlar üçün Google AdX platformasından istifadə qaydaları haqda təlim keçirilib. Bu proqram, qlobal internet şəbəkəsində  reklamların onlayn şəkildə alınması üçün nəzərdə tutulub. Beləliklə, tələbələrin biri təhsil prosesində səhv bir klik qoyaraq, ağılsız bir şəkildə çox reklam almaq məqsədini daşıyan müraciət göndərdi.

Hadisə nə ilə nəticələndi? Müxtəlif İnternet resurslarında tamamilə boş reklam bannerləri ortaya çıxdı. Onlar heç bir məzmunu olmayan sarı düzbucaqlılardan ibarət  idi və bu “əzəməti” görən tamaşaçıların sayı kifayət qədər  çoxdur. Bunlar, bütün Avstraliya və Amerika Birləşmiş Ştatlarının istifadəçiləridir. Maraqlıdır ki, şirkət bu problemi yalnız 45 dəqiqədən sonra görə bildi. Problem kəşf olunduqdan sonra, təbii ki, bütün boş reklamlar silindi, lakin şirkət internet nəşrlərinə təzminat təklif etməyə məcbur oldu.

Şirkət, əlbəttə, itkilərin dəqiq məbləğini gizlətməkdə davam edir, amma reklam sahəsində olan mənbələr qeyd edir ki, itkilərin məbləği təxminən 10 milyon dollar təşkil edir.

Günahkar olan təcrübəçinin necə cəzalandığı məlum deyil, lakin onun bu şirkətdə heç vaxt işləməyəcəyini güman etmək asandır.

Rəy bildir

Please enter your comment!
Please enter your name here