Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “SWIFT” kriptovalyutanı qeyri-stabil və faydasız adlandırıb

“SWIFT” kriptovalyutanı qeyri-stabil və faydasız adlandırıb

101
Paylaş
Bitcoin
Bitcoin

“SWIFT” beynəlxalq banklararası system rəqəmsal valyutalarda rəqib görmür. Bu barədə Fintech Futures xəbər verir.

“Kriptovalyutaların qiyməti dəyişir, onlar faydasız və qeyri-stabildirlər” – deyə, sistemin nümayəndələri Londonda keçirilən brifinqdə bildiriblər.

“SWIFT”də biraz potensialı olan yeganə rəqəmsal valyuta kimi Facebook Librasını hesab edirlər. Onların fikrincə, kriptovalyutalar ancaq Libra özəlliklərinə malik olmaqla uğurlu ola bilərlər, qalan bütün hallarda isə onlar ödəmə sferasına qısamüddətli pesrpektivdə təsir göstərirlər.

Bundan başqa “SWIFT”də ənənəvi beynəlxalq ödəniş probleminin olduğunu da etiraf ediblər və bu problemlərdən biri də iş saatları ilə bağlıdır.

Əgər siz günortadan sonra Avstraliyadan Çinə ödəmə göndərmək istəsəniz sizdə iş saatına görə 12 saatlıq gecikmə olacaq.

Gələcəkdə “SWIFT” vahid beynəlxalq ödəmə sistemi yaratmaq niyyətindədir, amma bu 2022-2023-cü ildən tez olmayacaq.