Yapon istehsalçısının hindli törəmə markası olan Maruti Suzuki şirkəti daxili bazar üçün tam yeni münasib krossover modelini təqdim edib. S-Presso-nun baza dəyəri 330 min rupi və ya 112 440 qrivendir.
Beşqapılı krossover Jimny yolsuzluq avtomobilindən daha məhşur oldu. Uzunluğu 3665 millimetrdir,Jimny-də isə 3365 mm. Təkər bazası isə 2380 mm-dir. Oturacağı beş nəfərlikdir və yük üçün də biraz yer var.
Suzuki S-Presso beşinci nəsil Heartect modul platformasında qurulub. Bununla yanaşı krossover qənaət üçün sadələşdirilmiş bufer və baraban əyləclərlə təchiz olunub.
Krossoverin 1 litr tutumlu üç silindrli benzin aqreqatı var və motoru 68 at gücünə və 90 Nm sürətə malikdir. Mühərrikin 5 diapazonlu robotlaşdırılmış transmssiyası var.
Yeni avtomobil 9 komplektasiyada təqdim olunur. Baza avadanlığına antiblok əyləc sistemi,sürücü üçün təhlükəsizlik yastığı, bir park sensoru və 13 dyümlük təkər diskləri daxildir. Daha bahalı komlpektasiyalar üçün disklər 14 dyümdür və onların sükan gücləndiricisi, ikinci təhlükəsizlik yastığı, kondisioneri, qapılarının açarsız açılması və multi-sükan funksiyası, həmçinin, yeddi dyümlü displeyi olan multimediya sistemi var.