Suyadavamlı biznes.Suda satıla bilən məhsullar

Date:

Paylaş:

Brendlər bizi , təkcə yeni suyadavamlı gadgetlərlə sevindirməklə kifayətlənmir, həm də onların qeyri-standart paketləşmələrini də təqdim edirlər.

Alıcını məhsulun suyadavamlı olmasına inandırmaq üçün bunu təcrübədə göstərmək lazımdır. Bu haqda öz vaxtında Yaponiynın “Sony” texnologiya nəhəngi düşünüb,belə ki, o, satışa qeri-adi qablaşdırmada –  su ilə dolu şəffaf butulkalarda Sony  W Series Walkman MP3-pleyerini buraxır. DraftFCB reklam şirkəti tərəfindən düşünülmüş bu gediş özünü doğruldur, çünki butulkalarda pleyerlərin olması çox diqqət çəkir və bu da Sony-nin Apple şirkətinin pleyerləri ilə rəqabətli mübarizəsi oratmında baş verir.

Belə bir məntiqi “Festina” saat brendi də həyata keçirmək qərarına gəlib. Profundo adlı saatları içində su olan paketlərə yerləşdiriblər. Konsepsiyası Almaniyanın Scholz&Friends agentliyi tərəfindən düşünülüb.

Daha hansı məhsulları suda satmaq olar? Prinsip olaraq bu siyahıya smartfonları, planşetləri, action-kameraları daxil etmək olar. “Sony” şirkəti dəfələrlə özünün “Xperia” seriyasından olan smartfonlarının üzə bilmə imkanını vurğulayıb. Hətta onunla əyləncəli videoçarxlar da çəkib.

“Suda satış” reklam üsulunu sukeçirməyən radio aparatlar, daşınan kolonkalar və hamam otağı dinamikləri üçün də istifadə etmək olar.

Suyun altında selfi çubuqlarını satmaq olar. Xüsusilə də əgər onlar sualtı kameralar üçün nəzərdə tutulublarsa.

Bəs daha başqa hansı məhsulları suda satmaq və ya reklam etmək olar? Bunun üçün cavabda çətinlik çəkməməkdən ötrü “1000 ideya” kreativlik dəstindən təsadüfi üç kart seçirik.

Kartlardan biri (“Kağızları yoxlayın”) bizə kağızlara müraciət etməyi məsləhət görür.Kartdakı yazıda söhbət bürokratik məsələlərdən gedir, lakin biz bunu ən hərfi obrazda başa düşməliyik. Suda qala biləcək kağız varmı? İnternetdə kiçik “surfing” belə kağızın olmasını bildirir.

Məsələn siz heç su keçirməyən bloknotlar haqqında eşitmisiniz? Məsələn, Rite the Rain suyu özündən kənarlaşdıran qeyd dəftərçələri buraxır və onları yağışda da istifadə etmək olur.

Video özü də işarə edir: istifadəçi özü də çalışır ki, qeyd dəftərçəsini suya atsınlar. Təsəsvvür edin ki, belə gündəlikləri su ilə dolu qablarda satırlar və ya  mağazalarda hər bir alıcının onu almazdan əvvəl suya atıb yoxlaması üçün şərait yaradılır. Belə halda əla PR aksiyalar olardı.

Yaxud da söhbət turistlərdən düşərsə, suyadavamlı yara bantları necə olardı? Üzgüçülüklə məşğul olarkən və ya yağış altında gəzərkən yaranın üzərini onunla örtmək mümkündür. Bəs bu plastrları su ilə dolu qutularda satmaq olarmı? Ya da heç olmasa raklam etmək?

Növbəti “Sınaqdan keçirin” adlı kart  mövzunu davam etdirir. Su ilə testi bir çox idman və turist məhsullarına tətbiq etmək olar. Məsələn, suyadavamlı gödəkçə istehsalçıları özlərinin bir nümunəsini bu yolda qurban verə bilərlər. Təsəvvür edin,mağazanın ortasında sanki hamam otağı kimi şəffaf kabinka dayanır  və orada “yağış yağır”. Məhsulu almaq istəyənlər  bura daxil olaurlar və onun özəlliklərinin şahidi olurlar. “Duş”dan istifadə edənlərin sayını artırmaq üçünsə orada daimi olaraq bir nümunə asmaq lazımdır.

Bu siyahıya xüsusilə də turist çantalarını daxil etmək lazımdır.

Yaxud da alıcı idman malları mağazasına daxil olur və orada sukeçirməyən  top  qutuda üzür. Hər şey məlumdur: top tikişsizdir və su götürmür.

Və ya belə bir aksiya keçirilir: alıcıya sukeçirməyən fənər verirlər və onun  suyu yarıb keçən güclü işığı olur. İstehsalçı satış yerində akvarium yerləşdirir və hamıya fənəri yerindəcə sınaqdan keçirməyi təklif edir. Sonra isə üçqat qiymətə satır.

Başqa nəyi suda yoxlamadan keçirmək olar? Ağıla məsələn, islanmayan balış üzləri gəlir.Onlar membran parçadan hazırlanıblar və heç bir su damcısını da buraxmamaqla yataq xəstələri üçün çox uyğun gəlirlər.

Son işarəedici karta keçək: “Maskanı yoxlayın”. Əgər sözün hərfi mənasına baxsaq  sizinndə ağlınıza yəqin ki, üzgüçülük maskaları gələcək. Alıcıya bu malı almazdan öncə yoxlamaq üçün başını bir akvariuma salmasına nə mane ola bilər ki?

Bəs “maska”sözü başqa nə ilə əlaqədar işlənə bilər? Əlbəttə ki, bu zaman ağlımıza güllər, boyalar, bayramlar gələcək. Beləliklə də daha bir yeni ideya meydana gəlir: suqovucu boyalar. Belələri vannaların, baseynlərin və su ilə  təması olan digər yerlərin səthlərini boyamaq üçün istifadı edilə bilər. Təssəvvür edək ki, boya ikiqat şüşəli qabda satılır və xarici şəffaf şüşədə alıcı suyu görür.

Daha bir kreativ ideya da var. Maskanı məsələn başa keçirmək və onu kəmərlə bərkitmək olar. Bəs bunu başqa hansı su keçirməyən əşya il etmək mümkündür? Məsələn itlər üçün  suyadavamlı xaltanlar mövcuddur. İtlərin suya və üzməyə olan sevgisini nəzərə alsaq, bu xaltanlarla maraqlı, əyləncəli bir rolik də çəkmək olar və xaltanı oyuncaq kimi də istifadə etmək olar. Onu suya atırsan, it isə dalınca düşür.

Bir də su keçirməyən fləş kartlar vardır. Onların suda islanacaqlarından ehtiyat etməyə gərək yoxdur. Hələ HEINEKEN brendi daha da irəli gedərək içində pivə olan fləş kart buraxıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...