Əsas səhifə Biznes Seçilmiş Sürücülər və rieltorlar üçün onlayn təlim platforması- ACEABLE

Sürücülər və rieltorlar üçün onlayn təlim platforması- ACEABLE

228
Paylaş

ABŞ səlahiyyətliləri bu platformada testdən keçmiş sürücülərə və rieltorlara praktiki işə başlamalarına icazə verirlər.
Amerikanın Aceable startup-ı xüsusi onlayn kursların satışı ilə məşğuldur. Burada video formatında mühazirələr, əlavə mətn materialları və s. məlumatları tapmaq mümkündür.

“Bizplus.az” bildirir ki,yeni startup innovasiyalı metodlardan istifadə edərək, offlayn dərslərinə hövsələsi çatmayan insanlar üçün yeni bilikləri əldə etmək imkanını yaradır.
Aceable hökumətin tələblərinə uyğunlaşaraq, tərtib etdiyi testin nəticəsinin rəsmi sayılması üzərində çalışır.
Hal-hazırda, Aceable ABŞ-ın doqquz ştatında fəaliyyət göstərir.

Startup fəaliyyətinin ikinci istiqaməti isə daşınmaz əmlak agentlərinə yönəldilmişdir. ABŞ-da rieltor kimi çalışmaq üçün, xüsusi lisenziya tələb olunur. Platforma insanlara onlayn rejimdə test keçərək, lisenziya almaq imkanını yaradır. Təlimin qiyməti 500 dollar təşkil edir.
Hər il ABŞ-da 4 milyon uşaq dünyaya gəlir, onların hər biri gec və ya tez sürücülük vəsiqəsini alır. Bunu nəzərə alsaq ehtimal edə bilərik ki, Aceable platforması kifayət qədər perspektivlidir.

İndiyə qədər Aceable 9 milyon dollar vəsait xərcləyib.