Bakıda Suriya investorları və Azərbaycan sahibkarlarının iştirakı ilə keçiriləcək biznes forumun vaxtı bu ilin iyun ayının əvvəlinə keçirilib.
Bunu Ərəb Ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.
Onun sözlərinə görə, bu qərar koronavirusun yayılma təhlükəsi fonunda qəbul olunub.
Qeyd edək ki, təqribən 25-ə yaxın Suriya investorlarının iştirakı ilə keçiriləcək forumda əsasən üç sahə (aqrar, sənaye və ticarət) üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçiriləcək.
Xatırladaq ki, sözügedən biznes forum bu ilin martın sonu – aprelin əvvəlində Bakıda keçirilməli idi.
Apa