Super zənginlərin sayı və sərvəti artıb

Date:

Paylaş:

2016-cı ildə sərvəti 30 mln. dolları keçənlərin sayı 3,5% artaraq 226 450 nəfərə çatıb.

Bu şəxslərin idarə etdiyi cəmi sərvət isə 1,5% artaraq 27 trln. dolları keçib. Bununla yanaşı, həmin şəxslər arasında adambaşına düşən sərvət 2013-cü ildən indiyədək ilk dəfə azalaraq 120 mln. dollara enib.

Bu barədə ABŞ mərkəzli araşdırma mərkəzi “Wealth-X”in yaydığı hesabatında bildirir.

Qeyd edək ki, super zənginlərin sayına görə ilk üçlükdə ABŞ, Yaponiya və Çin sıralanıb. Rusiya 3 780 nəfərlə 13-cü, İran isə 950 nəfərlə siyahıda 30-cu yeri tutub.

Türkiyədəki super zənginlərin sayı isə 0,8% azalaraq 1 190 nəfər və bu şəxslərin sərvəti 2,2% azalaraq 150 mlrd. dollar təşkil edib. Türkiyə bu göstəricilərlə dünyada ən çox zənginə sahib ölkələrın sıralanmasında 27-ci yeri tutub. Türkiyənin super zəngin sayı 2013-cü ildə 900, 2014-cü ildə 915 nəfər olub. Bu şəxslərin sərvəti isə 2013-cü ildə 105 mlrd., 2014-cü ildə 120 mlrd. dollar hesablanıb.

© Report

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...